Sarsılmış Körpə Sindromu (SKS) körpələrdə ciddi beyin zədələnmələrinə səbəb ola bilən bir vəziyyətdir və bu problem son illər cəmiyyətimizdə də diqqət mərkəzindədir. Uşaqlara qarşı zorakılığın nəticəsi olan bu sindrom barədə məlumatlılıq artırmaq məqsədilə tanınmış nevrocərrah Dr. Bəhruz Eyvazovla müsahibə apardıq. Müsahibəmizdə SKS-nin yaranma səbəbləri, simptomları, müalicə və profilaktikası barədə ətraflı danışdıq.
Dr. Bəhruz Eyvazov: Salam. Sarsılmış körpə sindromu (SKS), körpələrin və kiçik uşaqların fiziki zorakılıq nəticəsində ciddi beyin travmaları ilə üzləşdiyi bir vəziyyətdir. Bu sindrom, adətən, iki yaşdan kiçik uşaqlarda daha çox rast gəlinir, çünki onların sinir sistemi tam inkişaf etməyib. Körpələrin başı bədənlərinə nisbətən daha böyük və ağırdır, boyun əzələləri isə zəifdir. Bu da onları belə travmalara daha həssas edir.
Dr. Bəhruz Eyvazov: Əsas səbəb körpənin təkrar-təkrar güclü sarsılmasından ibarətdir. Bu hərəkətlər nəticəsində beynin toxumaları və qan damarları zədələnir. Valideynlərin stres və depressiya halları, onların səbirli olmamaları, habelə məlumat və təhsil çatışmazlığı SKS-nin yaranmasında əhəmiyyətli risk faktorlarıdır. Ailə daxili zorakılıq və maliyyə problemləri də bu riskləri artırır.
Dr. Bəhruz Eyvazov: SKS-nin simptomları müxtəlif ola bilər. Körpədə huşun itirilməsi, qusma, qidalanma problemləri, göz kontaktının azalması, tutmalar və ya qeyri-adekvat tərpənmələr baş verə bilər. Göz içində qan damarlarının partlaması da bu sindromun əlamətlərindən biridir. Bu simptomlardan hər hansı birini müşahidə edən valideynlər dərhal tibbi yardıma müraciət etməlidirlər.
Dr. Bəhruz Eyvazov: Diaqnostika zamanı körpənin tibbi tarixi və fiziki müayinəsi əsas rol oynayır. Kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) kimi görüntüləmə metodlarından istifadə olunur. Eyni zamanda, gözlərdə zədələnmə əlamətləri axtarılır.
Dr. Bəhruz Eyvazov: Müalicə prosesi vəziyyətin ağırlığından asılıdır. Əsas məqsəd beyin zədələnməsinin qarşısını almaq və körpənin həyatını qorumaqdır. Təcili tibbi yardım göstərildikdən sonra, nevrocərrahiyyə müdaxilələri və reabilitasiya tədbirləri tətbiq oluna bilər. Hər bir vəziyyət fərdi olaraq qiymətləndirilir.
Dr. Bəhruz Eyvazov: Profilaktika çox vacibdir. Valideynlər və baxıcılar uşaqlara qarşı dözümlü və diqqətli olmalıdır. Stres idarəetmə üsullarını öyrənmək və zərurət olduqda psixoloji dəstək almaq tövsiyə edilir. Uşaqları sakitləşdirmək üçün güclü hərəkətlərdən və ya zorakılıq tətbiq etməkdən qəti şəkildə çəkinmək lazımdır. Maarifləndirmə kampaniyaları və təlimlər də bu məsələdə mühüm rol oynayır.
Dr. Bəhruz Eyvazov: Mən də təşəkkür edirəm. Körpələrin sağlamlığı üçün hər zaman diqqətli olmaq vacibdir. Valideynlərin və cəmiyyətin bu mövzuda məlumatlı olması uşaqlarımızın gələcəyini qorumaq üçün əsas şərtdir. Sizin sağlamlığınız mənim naliyyətimdir!