Karpal tunel sindromu

 Karpal Tunel Sindromu nədir?

Karpal Tunel Sindromu -ovuc içərisində və biləkdəki sinir sıxışmasıdır.

Karpal Tunel Sindromunun rastgəlmə tezliyi.

Ən sıx rast gəlinən periferik sinir nevropatiyasıdır. Cəmiyyətdəki sıxlığı 1%-dir. Qadınlarda rast gəlmə tezliyi daha sıxdır. Xəstələrin çoxunda tapıntılar və şikayətlərin başlanğıcı 40-60 yaş arasıdır.

Karpal Tunel Sindromu necə yaranır?

Qoldan gələn bir sinir və əzələ bağları bilək bölgəsində dar bir kanal, ya da tuneldən keçərək ələ çatır. Bu dar kanala Karpal Tunel adı verirlər, karpal tunelin içindən keçən sinir isə Median Sinirdir. (şəkil 1)




Karpal tunel yalnız median sinir və əzələ bağlarının keçə biləcəyi qədər bir genişliyə malikdir. Kanal içində hər hansı bir qalınlaşma, ya da şişlik yaranarsa bu kanaldakı toxumaların sıxılmasına səbəb olar. Median sinirdəki bu sıxılma sinirin innervasiya etdiyi bölgələrdə daha çox gecələr olmaqla yandırıcı ağrı və keyləşmə şikayətləri ilə özünü biruzə verir. Median sinirin karpal tuneldə sıxışması ilə ortaya çıxan bu mənzərə Karpal Tunel Sindromu olaraq adlandırılır.

Karpal Tunel Sindromunun səbəbləri.

Sindromunu meydana gətirə bilən səbəblər.

• Vibrasiya edən cihazların istifadəsi.

• Strukturca-anatomik Karpal Tunelin darlığı.

• Bilək zədəsi.

• Yanıqlar.

• Sümük qırıqları.

• Qəzalar nəticəsində əzilmə.

• Artritlər.

• Diabet.

• Karpal Tunel içindəki şişlər ya da kistlər və s.

Karpal Tunel Sindromunun əlamətləri hansılardır?

Təməl simptomlar əlin ilk üç barmağına lokallaşdırılmış olan ağrı, yanma,qarışqa gəzmə hissi-keylik və əzələ atrofiyasıdır. Adətən baş, işarə və orta barmaqda uyuşma və ağrı şikayəti var. Əlin yorulması simptomları artırır. Bunlara divar hörmə, kompüter istifadə etmə, yazı yazma, qab-qacaq yumaq, bağçada iş kimi və s.aiddir.(şəkil2,3) .                                                                                                                                                                                                                                                                             

Əllərdə keyimə və ağrılara etinasız yanaşma, əllərdə xüsusilə gecələr artan ağrı, keyimə, güc itkisi və elektriklənmə müşahidə edilən simptomlardandır.

Diaqnostikası

Diaqnoz anamnestik məlumat və EMG ilə qoyulur.

Cərrahiyyə xaricində tətbiq olunan müalicələrdən xəstələr adətən müvəqqəti fayda görürlər.

Əməliyyatsız müalicəyə göstərişlər;

1) simptom müddətinin qısa olması,

2) orta və ya aralıq simptomlar,

3) simptomların keçməsinin gözlənildiyi vəziyyətlər

Konservativ müalicə; ağrı kəsici dərmanlar.lokal blokadalar,steroid inyeksiyası

Cərrahi müalicəyə göstərişlər;

1) konservativ müalicənin  effektsizliyi

2) testlərlə təsdiqlənən tipik klinik tapıntı,

3) hissi pozğunluq, atrofiya və ya qüvvətsizlik.

Müxtəlif cərrahi texnikalar mövcuddur. Ovuc içindən kiçik kəsik ilə edilən texnikada sinir birbaşa görülür və üzərindəki ligament kəsilərək sinirin sərbəstləşməsi təmin edilir.(şəkil 4)






Bir digər texnika da endoskop istifadə etməklə ligamentin kəsilməsi üsuludur.(şəkil5)

 

back to top button