Sarsılan körpə sindromuna diqqət!

Sarsılan körpə sindromuna diqqət!

 

Uşaq istismarına yol açan hadisələr içində xüsusilə kiçik körpələrə istiqamətli edilən və ölümün ortaya çıxmasına səbəb ola biləcək ən əhəmiyyətli hadisələrdən biri  sarsılmış körpə (Shaken Baby)sindromudur.

Adətən valideynlərin hirslə körpələrini sallamaları nəticəsində yaranan "sarsılmış körpə sindromu" hadisələrinin dörddə biri ölümlə, həyatda qalanlarda isə nevroloji problemlər ortaya çıxır, korluq, hidrosefaliya, qicolma, mental gerilik vəziyyətləri əmələ gələ bilər.

Bir yaşı olmayan uşaqlarda beyin inkişafı hələ tamamlanmamış və konsistensiyası yumşaqdır. Eyni zamanda, körpənin boyun əzələləri kifayət qədər güclü deyil. Bir qoruyucu kimi sinir hüceyrələrini əhatə edən mielin qılafının inkişafı tamamlanmamışdır. Damar strukturu kifayət qədər güclü deyil. Uşağın bu xüsusiyyətlərinə görə bir sarsılmadan sonra beyin ciddi bir zədə görür. Bu sarsılmalar nəticəsində kəllədaxili qanamalar meydana gəlir, sinir sistemində qopmalar meydana gəlir, gözdaxili qanamalar ortaya çıxır, sümük qırıqları əmələ gələ bilər.

Sarsılmış körpə sindromu ana, ata, baxıcı ya da körpənin baxımını boynuna götürən şəxslərin, körpənin davamlı ağlaması nəticəsində, körpəni sinəsinin iki tərəfindən (qoltuq altından) tutaraq irəli, geri və yana təxminən 240-260 dərəcə sallaması nəticəsində ortaya çıxır. Shaken Baby Sindromu 1 yaşdan kiçik uşaqlarda ən çox görülür.

Shaken Baby Sindromu xüsusilə 6 aydan kiçik körpələrdə qarşımıza çıxan,qəzadan başqa uşaqlarda ən çox yaralanma və ölüm səbəbidir.

Sarsıntılı körpə sindromunun əlamətləri ən az 5 sarsıntıdan sonra ortaya çıxır. Sarsılmış körpə yaralanmaları adətən 2 yaşdan kiçik uşaqlarda görülür, baxmayaraq ki, bu vəziyyət 5 yaşa qədər baş verə bilər.

Uşaq körpəlik və ya uşaqlıq dövründə sarsıldığında; beyin geri və irəli sarsılmış olur. Bu beyində şişlik, təzyiq, əzilməyə və qanaxmaya səbəb olur. Beynin kənarında böyük venalar yırtılaraq qanaxmaya, şişkinliyə və artan təzyiq ilə bərabər qalıcı beyin zədəsinə və ölümünə səbəb ola bilər.

Sarsılan körpələr təcili ilk yardım almalıdırlar.

Qarşısını almaq üçün tədbirlər..

-Oyun oynaması üçün və ya qəzəbləndikdə əsla körpə sarsılmamalıdır.

-Yüngül sarsılmalarda hirsli olduğumuzda şiddətli ola bilər.

-Dava zamanı körpə qucağa alınmamalıdır.

-Körpənizlə birlikdə olduqda sıxılmış və ya qəzəbli hiss edirsinizsə, uşağı yatağına yerləşdirib və otaq tərk edilməlidir. Sakitləşməyə çalışılmalı, kömək edə biləcək kimsə çağırılmalıdır.

-Professional yardım tələb olunmalıdır.


back to top button