Sarsılmış körpə sindromu bir körpəni qüvvətlə və şiddətli bir şəkildə sirkələməklə meydana gəlir. Bu vəziyyətin digər səbəbləri arasında istismarlı baş zədəsi, sallamalı zərbə sindromu, boyun sarsıntılı yelləmə sindromu və bilərək baş zədəsi vardır.
Sarsılan körpə sindromu beyinə qan sızması, beyində şiş, kəllə sümüyü sınığı, gözdə qanaxma və ölüm kimi ciddi nəticələrə səbəb ola bilər.
Yalnız beş saniyə sirkələməklə belə meydana gələ bilər!!
Sarsılmış körpə sindromu 2 yaş altı uşaqlarda daha sıxdır, amma 5 yaşındakı uşaqlarda belə ola bilər. Yenidoğulmuşlar və körpələr bəzən yataqdan və ya nərdivandan düşürlər. Bunlar nadir hallarda sarsılmış körpə sindromuna gətirib çıxarır. Bu vəziyyət körpəni oyun üçün havaya atmaqla meydana gəlmir. Ciddi və bilərək bir istismar növüdür.
Sarsılmış körpə sindromu zamanı uşaqda aşağıdakı əlamətlər ola bilər:
-oyaq qalmaqda çətinlik
-bədəndə titrəmələr
-tənəffüs çətinlikləri
-pis qidalanma vərdişləri
-qusma
-dəri rəngi pozulması
-sudorqa
-koma
-görmə itkisi
Sarsılmış körpə sindromunun diaqnozu necə qoyulur?
Diaqnoz qoymaq və beyin zədələrinin əlamətlərinə nəzarət etmək üçün bir həkim müxtəlif analizlər edir. Bu testlər bunlar ola bilər:
-kompüter tomoqrafiya (KT)
-maqnit rezonans tomoqrafiya (MRT)
-Rentgen müayinəsi.
-Göz müayinəsi (qanama və göz yaralanmaları axtarılır)
Sarsılmış körpə sindromunun müalicəsi necə aparılır?
Sarsılmış körpə sindromundan şübhələnirsinizsə dərhal təcili yardıma zəng edin. Bəzi körpələr və uşaqlarda sarsıldıqdan sonra tənəffüs durur.Bu zaman ilk yardım etməyə çalışın.
Bu zaman körpəni diqqətlə arxa üstə yatırdın. Bir onurğa yaralanmasından şübhələnirsinizsə, ən yaxşısı körpənin baş və boyunun bükülməməsini təmin edin.
Mövqenizi seçin. Iki barmağınızı körpənin sinə sümüyünün ortasına qoyun və digər əlinizi başı geriyə doğru tutmaq üçün körpənin alnına qoyun. Bir onurğa yaralanması şübhəsi varsa başı geriyə itələmək yerinə çənəni irəli çəkin və ağzın bağlanmasına icazə verməyin.
Sinə kompresyonları edin. Sinə sümüyünü aşağıya, sinənin təxminən yarısına qədər basın.
Qurtarma nəfəsləri verin. Kompresyonlardan sonra tənəffüsü nəzarət edin.
Sarsıntıdan sonra qusma da baş verə bilər. Boğulmanın qarşısını almaq üçün körpəni yavaşca bir tərəfinə doğru çevirin. Bütün bədəni eyni anda çeviri. Onurğa yaralanması varsa bu çevirmə üsulu onurğanın daha çox zədə görməsi riskini azaldır. Körpəni qucağınıza almamağınız və su və ya yemək verməməyiniz əhəmiyyətlidir.
Sarsılmış körpə sindromunu müalicə etmək üçün dərman yoxdur. Şiddətli hallarda, beyində qanamağı müalicə etmə üçün cərrahi əməliyyat lazım gələ bilər.
Vaxtında mütəxəssisə müraciət etmək vacibdir!!
Neyrocərrah
Dr.Bəhruz Eyvazov