Fəqərə arası dİsk yırtığı əməlİyyatının hansı rİsklərİ var?
Heç bir əməliyyat qarantili deyil. Bütün cərrahi əməliyyatların ümumi və spesifik riskləri- ağırlaşmaları var. Biz əməliyyat öncəsi bütün xəstələrimizə riskləri izah edirik. Belə ki, bu əməliyyat ümumi anesteziya və ya spinal anesteziya altında icra olunur. Bu səbəbdən əməliyyatın ağılaşmaları anesteziyaya və cərrahiyyə bağlı olmaqla iki qrupa ayrılır. Anestezioloji risklər hər zaman anestezioloq tərəfində izahlanır. Hər xəstəyə fərdi olaraq anesteziya növü və dərman seçimi edilir. Əməliyyat zamanı və sonrakı cərrahi risklərə isə qanaxma, sinir kökcüyün zədələnməsi,dural kisənin zədələnməsi –likvoreya, yalnış məsafə icrası, infeksiyalaşma, yaranın sağalmasının gecikməsi, reoperasiya aiddir. Bu risklərdən qaçınmaq üçün həkim tərəfində xəstənin xəstəliyi dəqiqliklə araşdırılır. Xəstədə olan bütün xəstəliklər soruşdurulur. Əgər hər hansi istər cərrahi istərsədə anestezioloji risklərin baş vermə ehtimalı düşünülürsə başqa müalicə taktikası seçilir.
Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.