Baş beyİn şİşİnİn İlkİn əlamətlərİ hansılardır?
Beyin şişləri ilkin olaraq ümumi beyin əlamətləri dediyimiz simptomlarla özünü biruzə verir.Ümumi beyin əlamətlərinə baş ağrısı,baş gicəllənmə,ürək bulanma,qusma ,halsizlıq,yuxuya meyillik və.s.aiddir. Xəstəlik inkişaf etdikce beyin şişin böyüməsi səbəbindən beyində yerləşdiyi yerə görə məhəlli əlamətlər üzə çıxmağa başlayır.Bunlara isə əldə və ayaqda əzələ zəifliyi ,qoxu pozğunluğu,eşitmə pozğunluğu.görmə pozğunluğu,psixi pozğunluq və s. Xəstələr adətən məhəlli əlamətlər üzə cixdığı vaxt beyin patologiyasından şübhələnərək nevropatoloqa və ya neyrocərraha müraciət edirlər.Bəzən xəstələr yalnışlıqla yuxarıda sadalanan şikayətlərlə müxtəlif ixtisaslı həkimlər tərəfindən müalicələr alırlar ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur.Yuxaridakı şikayətlərdən bir neçəsi olduqda yaxşı olar ki,neyrocərraha müraciət edəsiz və ya baş beyinin KT müayinəsindən keçəsiz.
Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.