Neçə mm ölçüdə olduqda fəqərə arası dİsk yırtığı cərrahİ əməlİyyata göstərİşdİr?
Fəqərəarası disk yırtığın ölçüsü cərrahi əməliyyata göstəriş ola bilməz. Cərrahi əməliyyata göstəriş davamli ağrı simptomu və kobud nevroloji defisitlər( Əzələlərin zəifliyi və arıqlaması, çanaq üzvlərin funksiyasının pozulması, və s.) olmasıdır.Bəzən ölçünün kiçik olmasina baxmayaq yuxarıdakı əlamətlər varsa cərrahi əməliyyat məsləhətdir və ya əksinə ölçüsü böyük olan yırtıqda ciddi əlamətlər olmasa əməliyyat gərəkdirməz.
Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.