Sual Cavab

Hekİm 10ay bunnan qabaq bİcaqlanma netİcesİnde onurqa beyİnİn kesİlmesİ dİaqnozu qoyulmuwdu.ama tam kseİlme deyİl. Hekİm deyr özü Özünü berpa edecek.sİz ne meslehet gorursuz

Salam

Onurğa beyin  orqanizmin  baş beyin kimi ən təkmil orqanıdır.Baş beyindən bədənin müxtəlif nahiyyələrinə sinir impulsların ötürülməsini təmin edir .Onurğa beyin bu sinir impulslari ötürən liflərdən təşkil olunmuşdur.Onurğa beyinin travması zamanı zədə nahiyyəsindən aşağı hissiyyatın(keylik) və hərəkətin itməsinə ( iflicə) səbəb olur.Çox təəsüf ki, onurğa beyinin iti alətlə kəsilməsi zamanı onun neyrocərrahi əməliyyatla bərpası mümkün deyil.Əgər onurğa beyin travması zamanı onurğa beyində hematoma olarsa və ya hər hansı bir sümük fraqmenti ilə sıxılarsa o zaman onurğa beyinin sixan faktoru aradan qaldırmaq üçün cərrahi əməliyyat lazım ola bilir.Digər hallarda itirilmiş onurğa beyin funksiyalarının bərpası əsasən fizioterapevtik yolladır.Onurğa beyin travmalarından sonra yaranan defisitlərin bərpa dövrü hər xəstəyə görə dəyişir.Bu onurğa beyinin zədələnmə dərəcəsindən ,onurğa beyinin travmatik sıxılmasından  nə qədər vaxt sonra onurğa beyinə yardım göstərilməsindən və  nevroloji defisitlərin dərinliyindən aslıdır.


Növbəti Əvvəlki
dr. warren

Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.

back to top button