Sual Cavab

Salam. Spİnal Stenoz xəstəlİyİnİn cərrahİ əməlİyyatı necə olur.

Salam

Spinal stenoz dedik də onurğa kanalin hər hansi bir nahiyyədə daralması  anlamı verir.Ən çox onurğanın bel və boyun nahiyyəsində stenoz baş verir.Onurğa kanalının daralması zamanı həmin səviyyədə olan sinir elementlərin sıxılması ola bilir.Əgər kobud nevroloji əlamətlər olarsa spinal stenoza görə əməliyyat qaçılmazdır.Spinal stenoz onurğa kanalını təşkil edən sümük və bağ aparatının qalınlaşması hesabına baş verir.Bu adətən onurğanın həmin nahiyyəsində stabilliyin pozulması hesabına baş verir.Əməliyyat zamanı spinal kanalı genişləndirmək üçün sümük elementlərin götürülməsi və onurğanın həmin nahiyyəsinə implantların yerləşdirilməsi icra olunur.Vaxtın da spinal stenoza görə əməliyyat olunmazsa onda ciddi nevroloji defisitlər qalıcı ola bilir.


Növbəti Əvvəlki
dr. warren

Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.

back to top button