Endoskopik onurğa cərrahiyyəsi: Prosedur, göstərişlər və faydaları

Endoskopik onurğa cərrahiyyəsi: Prosedur, göstərişlər və faydaları

 

Endoskopik onurğa cərrahiyyəsi minimal invaziv texnologiya istifadə edilərək həyata keçirilən müasir onurğa əməliyyatıdır. Bu prosedur, xroniki bel ağrısı, yırtıq disk, onurğa stenozu və degenerativ disk xəstəliklərinin müalicəsində ən effektiv üsullardan biridir.

Endoskopik onurğa cərrahiyyəsi (diskektomiya), yalnız 8-10 mm-lik bir kiçik kəsiklə aparılan minimal invaziv onurğa əməliyyatıdır. Əməliyyat zamanı endoskop vasitəsilə sinir köklərinə basan yırtıq disklər, toxuma və ya sümük çıxarılır.

Bu texnika sayəsində:
  • Qan itkisi minimuma endirilir – Endoskopik əməliyyat zamanı cərrah çox kiçik kəsiklərdən istifadə etdiyi üçün qan damarları demək olar ki, zədələnmir. Bu da ənənəvi açıq əməliyyatlara nisbətən daha az qan itkisi və əməliyyatdan sonrakı zəiflik riskinin olmaması deməkdir.

  • Yumşaq toxuma və əzələlər qorunur – Ənənəvi açıq əməliyyatda əzələlərin geniş şəkildə kəsilməsi və çəkilməsi lazım gəlir. Endoskopik üsulda isə yalnız nazik xüsusi alətlərlə dar kanaldan daxil olunur, əzələlər və yumşaq toxumalar olduğu kimi saxlanılır. Bu, həm sağalma müddətini azaldır, həm də əzələ gücünü qoruyur.

  • Cərrahi travma azalır – Endoskopik texnologiya sayəsində əməliyyat sahəsi birbaşa böyüdülmüş HD kamera vasitəsilə izlənilir. Bu da cərraha yüksək dəqiqlik imkanı verir və sinir köklərinə, sümük və toxumalara zərərin minimal olmasını təmin edir. Beləliklə, bədənin əməliyyata verdiyi “stress” çox az olur.

  • Xroniki bel ağrıları effektiv şəkildə aradan qaldırılır – Disk yırtığı və ya sinir sıxılması nəticəsində aylarla davam edən bel, ayaq və kalça ağrıları endoskopik əməliyyatla sürətlə aradan qalxır. Ağrıların azalması həyat keyfiyyətini yüksəldir, xəstənin hərəkətliliyi bərpa olunur və gündəlik işlərinə qayıtması asanlaşır.

  • Xəstə yalnız 1 gecə xəstəxanada qalaraq evə qayıda bilir – Əməliyyatdan sonra uzun müddət xəstəxanada qalmağa ehtiyac olmur. Pasiyent adətən ertəsi gün ayağa qalxır, özünü yaxşı hiss edir və evinə buraxılır. Bu da həm xəstənin psixoloji rahatlığına, həm də müalicə xərclərinin azalmasına səbəb olur.

 

Niyə endoskopik onurğa cərrahiyyəsi?

Ənənəvi açıq onurğa cərrahiyyəsi zamanı əməliyyat böyük kəsiklə aparılır. Bu isə əzələlərin geniş şəkildə kəsilməsinə, sümük strukturlarının travmaya məruz qalmasına və uzun sağalma müddətinə səbəb olur. Belə hallarda xəstənin əməliyyatdan sonrakı dövrü həm daha ağrılı keçir, həm də normal həyata qayıtmaq üçün həftələrlə, bəzən aylarla gözləmək lazım gəlir.

Endoskopik üsul isə müasir texnologiyaların gətirdiyi böyük üstünlüklərlə seçilir:

  • Kiçik mikro-kəsiklə aparılır – əməliyyat sahəsinə daxil olmaq üçün cəmi 8-10 mm-lik kəsik kifayətdir. Bu qədər kiçik giriş yeri həm kosmetik cəhətdən daha estetik görünür, həm də əməliyyatdan sonra çapıq izinin minimal olmasını təmin edir.

  • HD kamera və fiber optik işıqla dəqiq vizualizasiyaya imkan verir – endoskop yüksək dəqiqlikli kamera ilə təchiz olunub. Cərrah əməliyyat sahəsini böyüdülmüş şəkildə görür, bu da ən incə strukturları belə dəqiq izləməyə və yalnız zərərli toxumanı aradan qaldırmağa şərait yaradır.

  • Sinir və yumşaq toxumalara minimum zərər verir – açıq əməliyyatlarda əzələlər kəsilərək kənara çəkildiyi halda, endoskopik üsulda bu toxumalara toxunulmur. Əzələlər və sinir strukturları qorunur, nəticədə həm əməliyyat sonrası ağrı azalır, həm də bədənin özünü bərpa etməsi daha sürətli olur.

  • Fəsad riskini azaldır və bərpa müddətini sürətləndirir – az invaziv texnologiya infeksiya, qanaxma və sinir zədələnməsi riskini minimuma endirir. Kiçik kəsik və minimal travma səbəbilə xəstənin bərpa müddəti qısalır, gündəlik həyata və iş fəaliyyətinə qayıtma müddəti bir neçə günə enir.

Hansı hallarda tətbiq olunur?

Endoskopik onurğa cərrahiyyəsi aşağıdakı problemləri effektiv şəkildə müalicə edir:

  1. Disk Yırtığı: Fəqərəarası diskin sinirlərə basması nəticəsində bel, qol və ayaqlarda ağrı, uyuşma və əzələ zəifliyi yarana bilər.

  2. Onurğa Stenozu: Onurğa kanalının daralması nəticəsində ayaqlarda ağrı, karıncalanma və hərəkət çətinliyi yaranır.

  3. Degenerativ Disk Xəstəliyi: Yaşlanma, ağır yük və qəzalar nəticəsində disklərin pisləşməsi, bel ağrısı və sərtliyə səbəb olur.

 

Əməliyyata göstərişlər

Endoskopik onurğa əməliyyatı aşağıdakı hallarda tövsiyə olunur:

  • Şiddətli və davamlı bel ağrısı,

  • Bel, kalça və ayaqlara yayılan ağrı,

  • Hərəkət məhdudiyyəti və əzələ zəifliyi,

  • Bağırsaq və sidik ifrazı problemləri,

  • Ənənəvi müalicəyə (dərman və fiziki terapiya) cavab verməyən hallar.

 

Əməliyyat öncesi diaqnostika

Əməliyyata başlamazdan əvvəl xəstənin tam diaqnostik yoxlaması həyata keçirilir:

  • Fiziki müayinə: Ağrının lokalizasiyası, uyuşma və zəiflik, bədən funksiyaları.

  • KT və KT miyeloqram: Onurğa strukturlarının detallı qiymətləndirilməsi.

  • MRT: Disk, sinir və onurğa beyni anomaliyalarının 3D görüntüsü.

 

Endoskopik onurğa əməliyyatı proseduru
  1. Hazırlıq: Əməliyyatdan 2 həftə əvvəl bəzi dərmanlar dayandırılır; siqaret çəkilməməsi tövsiyə olunur.

  2. Əməliyyat: 8-10 mm-lik kəsikdən endoskop daxil edilir, HD monitor ekranı vasitəsilə cərrah sinir kökünə basan diski və toxumaları çıxarır. Əməliyyat təxminən 1-2 saat çəkir.

  3. Əməliyyat sonrası: Xəstə bir neçə saat sonra otura, ayağa dura və yüngül hərəkətlər edə bilər. Fiziki terapevt tərəfindən bərpa prosesi dəstəklənir.

 

Bərpa və qulluq

Endoskopik onurğa əməliyyatı ənənəvi açıq əməliyyata nisbətən daha az travmatik olduğu üçün bərpa prosesi də sürətli keçir. Bununla belə, əməliyyatdan sonrakı dövrdə müəyyən qaydalara riayət etmək vacibdir:

  • Ağır əşyaları qaldırmamaq, əyilməmək və bədəni bükməmək – əməliyyatdan sonrakı ilk həftələrdə bel sütununa əlavə yük salmamaq çox önəmlidir. Bu, həm əməliyyat sahəsinin sağalmasını sürətləndirir, həm də yırtığın təkrar yaranmasının qarşısını alır.

  • 1 həftə ərzində braket və ya LS dəstəyi istifadə etmək – bel dəstəyi onurğaya əlavə sabitlik verir və hərəkət zamanı əməliyyat sahəsini qoruyur. Bu da xəstənin özünü daha rahat hiss etməsinə kömək edir.

  • Tikişlərin çıxarılması üçün 2 həftə sonra təkrar görüş – əməliyyatdan sonra cərrah tərəfindən kontrol müayinəsi aparılır. Bu görüş zamanı tikişlər çıxarılır və xəstənin sağalma prosesi dəyərləndirilir.

  • 1-4 həftə ərzində normal iş və fəaliyyətə qayıtmaq mümkündür – əksər xəstələr əməliyyatdan bir neçə gün sonra gündəlik yüngül fəaliyyətlərinə qayıda bilir. Ofis işlərinə adətən 1-2 həftəyə, daha aktiv fiziki işlərə isə 3-4 həftə ərzində dönmək mümkündür.

  • Ümumi bərpa müddəti: təxminən 2 həftə – xəstələrin əksəriyyəti 2 həftə ərzində ağrı və narahatlığın əhəmiyyətli dərəcədə azaldığını, hərəkətliliyin isə normallaşdığını bildirir.

 
Fəsadlar və risklər

Endoskopik onurğa cərrahiyyəsi yüksək dəqiqliklə aparıldığından fəsadlar çox nadir hallarda müşahidə olunur. Bununla belə, hər bir əməliyyatda olduğu kimi müəyyən risklər mümkündür:

  • Qanaxma – əməliyyat sahəsində çox kiçik damarlardan sızma ola bilər, lakin bu, adətən nəzarət altına alınır və ciddi problem yaratmır.

  • Dural kisə yırtığı – onurğa beyni mayesini əhatə edən kisənin zədələnməsi mümkündür, lakin təcrübəli cərrah tərəfindən dərhal aradan qaldırılır və uzunmüddətli fəsad yaratmır.

  • Cərrahi sahənin infeksiyası – çox nadir haldır, çünki kiçik kəsik və steril mühit bu riski minimuma endirir. Lazım gələrsə, antibiotik müalicəsi ilə tez bir zamanda nəzarət altına alınır.

Bu halların baş vermə ehtimalı 6%-dən azdır.

 

Faydalar
  • 2 il sonra aparılan araşdırmalara görə, xəstələrin 95%-i əməliyyatdan razıdır,

  • Bel, kalça və ayaq ağrıları əhəmiyyətli dərəcədə azalır,

  • Hərəkət və həyat keyfiyyəti yaxşılaşır,

  • Minimal invaziv üsul sayəsində ağrı daha az, bərpa daha sürətlidir,

  • Xəstəxana qalma müddəti yalnız 1 gecədir, xərc effektivliyi yüksəkdir.

Endoskopik onurğa əməliyyatının üstünlükləri: Minimal invaziv, dəqiq, təhlükəsiz, qısa sağalma müddəti və xərc effektivliyi.

Neyrocərrah Bəhruz Eyvazov və mütəxəssis ortoped cərrahlar qrupu müasir texnologiyalar ilə yırtıq disklər, onurğa stenozu, sirinqomieliya və mürəkkəb skolyoz əməliyyatlarını həyata keçirir.

Fiziki terapiya və reabilitasiya mərkəzi isə əməliyyatdan sonra hər bir xəstənin bərpasını sürətləndirir və gündəlik həyatına tez qayıtmasına dəstək olur.

 

Sizin sağlamlığınız mənim naliyyətimdir!

Neyrocərrah Bəhruz Eyvazov

back to top button