Endoskopik onurğa cərrahiyyəsinin üstünlükləri: BEYNƏLXALQ SİMPOZİUM
Fevral ayının 9 və 10-da Türkiyənin Bursa şəhərində “Beynəlxalq Endoskopik Onurğa Cərrahiyyəsi Simpozimu” keçirilib. Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Səudiyyə Ərəbistanı, İraq, Tayvan, Tayland, Çin, Cənubi Koreya, Polşa, Almaniya, Fransa, İsveç, Meksika Hindistan və Misirdən həkimlər iştirak edib. Türkiyə (Bursa) tədbirə ev sahibliyi edib.
Tədbirdə endoskopiyada çətinliklər və ağırlaşmalar, uğursuz endoskopik disk əməliyyatı, tam endoskopik disk cərrahiyyəsində yüksək müvəffəqiyyət dərəcəsi üçün strategiyalar, radiasiyaya məruz qalmanın və cərrahiyyə vaxtının azaldılması strategiyaları, miqrasiya yırtığı, Transforaminal Cərrahiyyə, Kambin-Transforaminal Endoskopik Cərrahiyyənin anatomiyası, Mərkəzi Bel Kanalı Stenozu üçün Beş Mərhələli Birtərəfli Biportal Endoskopik Cərrahiyyə, Hibrid bel füzyon cərrahiyyəsi, Disk cərrahiyyəsində Uniportal texnikasının üstünlükləri mövzularında çıxışlar olub, müzakirələr edilib.
Tədbirdə dünyanın bir çox ölkəsindən iştirak edən həkimlər onurğa sütunu xəstəliklərinin geniş yayılması səbəbindən belə bir simpozium təşkil etməyə ehtiyac duyduqlarını bildirib. Çox dəyərli məruzəçilər və təlimçilər inkişaf edən texnikalar sayəsində onurğa əməliyyatlarının 90 faizinin tamamilə endoskopik üsullarla edilə biləcəyi və nəticələrin daha yaxşı olacağı ifadə olunub. Buna görə də Türkiyədə və 20-dən çox fərqli ölkədən həkimlərə bu texnikanı öyrətmək üçün kurs təşkil olunub. Kursun təlimçiləri da simpoziumda iştirak edib. Bu kurs sayəsində təcrübəli və mütəxəss həkimlər birbaşa xəstəyə tətbiq etdikləri texnikanı öyrəniblər. Bu milli və beynəlxalq pedaqoqlar qrupunun verdiyi təlim iştirakçılar üçün çox faydalı olub. Qeyd olunub ki, toxumaları qoruyarkən daha effektiv prosedurlara nail olmağa həsr olunmuş endoskopik onurğa cərrahiyyəsi gələcəkdə daha çox istifadə olunacaq. Bu innovativ yanaşmanı mənimsəyən cərrahlar daim öz biliklərini artırır və bacarıqlarını təkmilləşdirirlər. Nəticədə, yeni texnika və yanaşmalar daim ortaya çıxır. Endoskopik üsullar müxtəlif tibbi problemlərin həllində yüksək effektivliyini sübut etsə də, texniki çətinliklər və ağırlaşmalar da bununla yanaşı baş verir. Bir çox praktikant bu texniki çatışmazlıqlar, fəsadlar və arzu olunan nəticələrə nail olmaqda çətinliklərlə bağlı öz narahatlıqlarını ifadə etmişdir.
Endoskopik cərrahiyyədə qarşılaşılan problemlərin həllinə yönəlmiş bu görüşün məqsədi bu texnikaların düzgün tətbiqi üçün həll yollarını müəyyən etmək və nəticədə bütün iştirakçılara fayda verməkdir. Dünyanın ən görkəmli endoskopik onurğa cərrahları öz fikirlərini bölüşüb və müzakirələr aparıblar. Bu mötəbər görüşə biz də qoşulduq. İştirakımız bizi çox şərəfləndirib və bu tədbirin təşkilatçılarına uğurlar arzulayırıq.
Endoskop nədir?
Endoskop cərrahlara bədənimizdəki oynaqları və bəzi boşluqları daha yaxşı görməyə və lazımi müalicəni həyata keçirməyə imkan verən bir cihazdır. İncə bir boruya yerləşdirilən linzaların köməyi ilə bədən daxilindəki strukturların böyük kəsiklərə ehtiyac olmadan baxılmasını təmin edir.
Endoskopik onurğa cərrahiyyəsinin üstünlükləri
Məlumat üçün bildirək ki, Endoskopik onurğa əməliyyatı bel, boyun, bel və ya ayaq ağrılarına səbəb olan yırtıqlar, onurğa nahiyəsində disklərdə şişlik və yırtıqlar, onurğa kanalının darlığı kimi onurğa sinirlərini sıxan və ya sinir zədələnməsinə səbəb olan xəstəliklərin müalicəsində istifadə edilir. Ultra minimal invaziv, ideal cərrahi əməliyyat onurğa cərrahlarına təhlükəsiz, daha dəqiqliklə əməliyyat etməyə imkan verir və xəstələrə daha yaxşı nəticələr təklif edir. Cərrah HD monitorda onurğa sütununu müşahidə edə və lazer, radiotezlik zondu və ya grasper kimi yüksək ixtisaslaşmış mikro alətlərdən istifadə edərək endoskop vasitəsilə əməliyyat apara bilər.
Endoskopik üsulların neçə növü var?
Bu gün iki növ endoskopik üsul mövcuddur. Birincisi tək portallı üsuldur ki, burada tək endoskopik kanül istifadə olunur və həm görüntüləmə, həm də cərrahi əməliyyatlar eyni kanül vasitəsilə həyata keçirilir. İkincisi Birtərəfli Biportal Endoskopiya üsuludur və bu metodun iki giriş dəliyi var. Bir girişdən endoskop və ya kamera göndərilərkən, ikinci girişdən cərrahi alətlər göndərilir və bu alətlərlə cərrahi əməliyyat həyata keçirilir. Bu metodu daha geniş baxış sahəsinə malikdir və xüsusilə kanal stenozunda daha effektiv istifadə olunur.