Endoskopik disk yırtığı əməliyyatı, minimal invaziv cərrahiyyə metodlarından biri olub, onurğa sütunu sahəsində yaranan disk yırtıqlarının (prolaps, protruziya) müalicəsində effektiv istifadə olunur. Bu metod açıq cərrahiyyə yöntəmləri ilə müaqisədə daha az travmatik olub, daha sürətli bərpa prosesi təmin edir.
Endoskopik disk yırtığı əməliyyatı, endoskop adlanan incə optik cihazın kiçik bir kəsik vasitəsilə onurğa kanalına yeridilməsi və disk yırtığının çıxarılması prosesidir. Bu prosedur əsasən bel və boyun nahiyələrində baş verən disk problemlərinin múlicəsində istifadə edilir. Əməliyyat zamanı neyrocərrah xüsusi kamera və cərrahi alətlər vasitəsilə diski diqqətlə araşdırır və problemli sahəni hədəf alaraq müdaxilə edir. Ənənəvi açıq əməliyyatlardan fərqli olaraq, ətraf toxumalara minimum zərər vurulur və xəstə daha tez sağalır. Endoskopik disk yırtığı əməliyyatı zamanı cərrah əməliyyat sahəsini yüksək dəqiqliklə görmək imkanı əldə edir ki, bu da sinirlərə və digər vacib strukturlara minimal toxunuşla müdaxilə etməyə imkan verir.
Bu cərrahiyyə üsulu, xüsusilə, qeyri-invaziv müalicə metodları nəticə vermədikdə və xəstənin həyat keyfiyyətini ciddi şəkildə aşağı salan ağrılar davam etdikdə tövsiyə edilir.
Transforaminal Endoskopik Diskektomiya (TED) – Onurğa kanalına yan tərəfdən girilərək icra edilir və ən az travmatik metodlardan biridir.
Interlaminar Endoskopik Diskektomiya (IED) – Onurğa sütununun arxasından girilərək edilir və əsasən L5-S1 disk yırtıqlarında istifadə olunur.
Minimal invazivdir – Kiçik kəsik vasitəsilə aparıldığından toxumalara daha az zərər dəyir.
Sürətli bərpa – Pasiyent əməliyyatdan sonra qısa müddətdə normal həyata qayıda bilir.
Azaldılmış şiddətli ağrı – Əməliyyatdan sonra xəstələrin ağrı sıkintiləri minimal olur.
Stabil onurğa quruluşu – Açıq cərrahiyyədə olduğu kimi onurğa sütununun stabil strukturu pozulmur.
Endoskopik disk yırtığı əməliyyatından sonra bərpa prosesi əhəmiyyətli dərəcədə sürətli olsa da, hələ də diqqətlə izlənməsi və müəyyən addımların atılması vacibdir. Əməliyyatın ilk mərhələsində pasiyent 24-48 saat ərzində xəstəxanada nəzarətdə saxlanır. Bu dövrdə ağrılar azalmış olur, amma xəstə bir müddət əlavə diqqətə ehtiyac duyur. Bu dövrdən sonra isə pasiyent evə yazılır, amma bərpa müddətini diqqətlə keçirməlidir. Tam bərpa prosesi bir neçə həftə, bəzən isə aylar çəkə bilər. Bu müddətdə fiziki aktivlik məhdudlaşdırılmalı və hərəkətlərə diqqət yetirilməlidir. Ən mühüm amillərdən biri də fizioterapiya və reabilitasiya prosesidir. Pasiyentə, adətən, xüsusi məşqlər və yüngül idman hərəkətləri təvsiyə edilir. Bunlar, xüsusilə bel və onurğa əzələlərinin gücləndirilməsinə yönəlmiş hərəkətlərdir və əməliyyatdan sonra bərpa prosesinin sürətlənməsinə kömək edir.
Fizioterapevtik müalicə də mühüm yer tutur. Buraya elektroterapiya, istilik tətbiqi və masaj müalicələri daxildir. Bu prosedurlar ağrıları yüngülləşdirir, əzələlərin rahatlamasına kömək edir və şişliklərin azalmasını təmin edir. Həmçinin, bu dövrdə pasiyentə yaxşı postural davranış, düzgün oturuş və dayanış mövqeləri barədə təlimlər verilir. Bu cür tədbirlər gələcəkdə təkrarlanan travmaların və yırtıqların qarşısını almağa yönəlmişdir. Bərpa müddətində ağır qaldırma, əyilmə və ani hərəkətlərdən qaçınmaq vacibdir. Həmçinin, bəzi pasiyentlər üçün ağrı və ya narahatlıq hissi yenə də meydana gələ bilər, buna görə də müntəzəm olaraq həkimə müraciət edilməlidir. Uzanma, bəlkə də qısa müddət ərzində gəzinti və qısa müddətli yüngül hərəkətlər tövsiyə olunur.
Yüksək səviyyəli reabilitasiya və fiziki müalicə ilə, pasiyentlər 4-6 həftə ərzində gündəlik fəaliyyətlərinə qaydada qayıda bilərlər. Lakin əməliyyatdan sonrakı nəticələrin optimallaşdırılması üçün uzunmüddətli fizioterapiya və həyat tərzi dəyişiklikləri tələb oluna bilər.
Endoskopik disk yırtığı əməliyyatı, çağımızda onurğa problemlərinin múlicəsində inqilabi yeniliklərdən biri hesab olunur. Neyrocərrah Bəhruz Eyvazovun bu sahədə olan təcrübəsi və bacarığı pasiyentlərin öz səhhatlərini daha tez bərpa etməsinə imkan yarada bilir.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov