Kolloid kist, beynin mühüm strukturlarından biri olan beyin mədəcik sistemində, çox vaxt III mədəcik daxilində yaranan, nadir rast gəlinən, xoşxassəli bir şişdir. Bu kist adətən jelatinəbənzər maddə ilə doludur və kapsulyar bir struktura malikdir. Kolloid kist çox vaxt simptom verməsə də, beyindaxili maye axınına maneə yarada bilər və ciddi nevroloji fəsadlara səbəb ola bilər.
Kolloid kistin yaranma səbəbi tam olaraq məlum deyil. Lakin tədqiqatlar bu kistlərin dölün inkişaf dövründə, embrional toxumaların qalıqlarından yaranması ehtimalını irəli sürür. Eyni zamanda, bəzi alimlər genetik faktorların da kolloid kistin formalaşmasında mühüm rol oynaya biləcəyini düşünür. Kolloid kistin inkişafı ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu kistlər bəzən irsi meyilliliklə əlaqələndirilə bilər. Digər tərəfdən, ətraf mühit faktorlarının, hormonal dəyişikliklərin və hamiləlik dövründə baş verən bəzi anomaliyaların da kistin əmələ gəlməsinə təsir edə biləcəyi ehtimal edilir.
Beləliklə, kolloid kistlərin etiologiyası tam dəqiqliklə müəyyən edilməsə də, onun inkişafında həm genetik, həm də inkişaf dövrünə aid bioloji proseslərin birgə təsir göstərməsi güman olunur. Bu səbəbdən, problemin köklərini daha yaxşı anlamaq üçün əlavə genetik və embrioloji tədqiqatlara ehtiyac vardır.
Kolloid kist adətən aşağıdakı simptomlarla təzahür edir:
Güclü və ani baş ağrıları;
Şüur bulanıqlığı və ya ani huşun itirilməsi;
Ürəkbulanma və qusma;
Koordinasiya pozğunluğu;
Görmə qabiliyyətinin pisləşməsi.
Diaqnoz qoymaq üçün MRT (Maqnit Rezonans Tomoqrafiya) və ya KT (Kompüyuter Tomoqrafiya) kimi irəli texnoloji alətlər ıstifadə edilir. Bu tədqiqatlar kistin yeri, ölçüsü və ona qoşulmuş struktur dəyişikliyi məlumatlarını tam olaraq göstərə bilir.
Kolloid kistin müalicəsi adətən cərrahi yolla aparılır, çünki bu kist konservativ müalicə metodlarına cavab vermir. Cərrahi müdaxilənin tipi şəxsin yaşı, kistin yeri və simptomların dərəcəsinə bağlı olaraq müyən edilər. Aşağıda əsas müalicə metodları qeyd olunmuşdur:
Endoskopik cərrahiyyə - Bu metod minimal invaziv müdaxilə üsullarından biridir. Kistin endoskop vasitəsilə beyindən çıxarılması təmin edilir. Bu metodun üstünlüyü qısa bərpa dövrü və çox kiçik kəsik izinin olmasıdır.
Mikrocərrahiyyə - Mikroskop yardımı ilə aparılan əməliyyatdır. Bu metod kistin tamamilə çıxarılması və beyin mayesinin axınının bərpa edilməsi üçün daha müsbət nəticələr verir.
Şuntlama (Shunting) - Bu halda şəffaf mayenin (çox vaxt ödem) axınını asanlaşdırmaq üçün şuntlar tətbiq edilir. Bu metod, məlum simptomları yaşayan xəstələr üçün əsasən qoruyucu prosedur rolunu oynayır.
Cərrahi əməliyyatdan sonra xəstə bərpa prosesinə ciddi şəkildə riayət etməlidir. Şəxsin həyat keyfiyyətini normallaşdırmaq və tam sağlamlığını bərpa etmək üçün bərpa müdaxilə proqramı son dərəcə vacibdir. Bu proqram çərçivəsində fizioterapiya, nevroloji müayinə, düzgün qidalanma və psixoloji dəstək böyük əhəmiyyət daşıyır. Eyni zamanda, xəstənin vəziyyəti mütəmadi olaraq tibbi nəzarətdə saxlanılmalı, həkimlərin tövsiyələrinə əməl edilməlidir.
Bərpa prosesinin daha effektiv olması üçün fiziki fəaliyyətlər tədricən artırılmalı, stress və yorğunluqdan uzaq durulmalıdır. Xüsusilə nevroloji fəsadların qarşısını almaq üçün müvafiq müayinələr vaxtında aparılmalı və mümkün komplikasiyalar erkən mərhələdə aşkarlanmalıdır. Xəstənin həm fiziki, həm də psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün ailə dəstəyi və mühitin rahatlığı da nəzərə alınmalıdır. Beləliklə, bərpa prosesinin çətinliksiz və uğurlu keçməsi təmin edilə bilər.
Kolloid kist vaxtında diaqnoz və müalicə olunarsa, çox yüksək müsbət nəticələr almaq mümkün olur. Mütəxəssis cərrahılıq komandasının yardımıyla aparılan bu proses şxsın normal həyata qəyidəsini təmin edir.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov