Kolloid kist baş beyinin üçüncü mədəcik olan nahiyyəsində yerləşmiş xoşxassəli törəmədir.Bəzən neyroepitelial kist də adlandırılır.Beyin şişlərinin 0.3-2%-ni təşkil edir. Qadınlarda və kişilərdə kolloid kistlər eyni tezlikdə əmələ gəlir.
Günümüzdə beyin müayinəsində radioloji müayinələr artdıqca xəstələrdə kolloid kistin aşkarlanması artmışdır.Bu aşkarlanmış Kolloid kistlərin bəziləri heç bir əlamətlər verməz.Bəziləri isə başın pozisiyasından aslı olaraq baş ağrıları əmələ gələ bilir.Daha çox beyin əlamətləri isə Kolloid kistlərin yaratdiğı fəsadın hesabına yani hidrosefaliyanın hesabına yaranır. Hidrosefaliyanın yaranmasının səbəbi kolloid kistin üçüncü beyin mədəciyində yerləşməklə beyin mayesinin dövranin pozaraq beyində mayenin toplanmasıdır.Bəzən kistanın içərisindəki kolloid möhtəviyyatın artmasl və ya pozisional hərəkətlər sonrası likvor(beyin mayesi)dövran yollarının tutulması kəskin beyin mayesinin toplanması səbəb olur ki bu da qəfləti ölüm halları verə bilir.
Kolloid kistlərin əlamətləri kəskin baş ağrıları ,ürək bulanma,qusma, huşun dərinləşməsi,qic olma tutmaları ,yerişin pozulması kimi hallar ola bilir.
Kolloid kistlerin diaqnozu baş beynin KT (komputer tomografiyasi) və MRT (mangit rezonans tomografiyası) ilə qoyulur. Beyinin tomografiya muayinesi zamanı Kontrast maddeden istifade diaqnozu deqiqleşdirir.Əgər heç bir narahatçələq yaratmırsa kolloid kistləri nəzarətə götürmıkdə olar.Dinamikada beyin tomografiyası olunmalıdır.
Kolloid kistlərin müalicəsi yalnız cərrahidir.Endoskopik və ya açıq cərrahi yolla icrası mümkündür.Tam cərrahiyyə ilə cıxarılmış kolloid kistlərin sonradan əmələ gəlməsi heç yerdə qeydə alınmayıb.Yaşlı insanlarda rast gəlinərsə heç bir əlamət verməzsə nəzarət lazımdır.
Təqdim etdiyim pasientimizdə bir həftə davamlı baş ağrıları və qusma şikayətləri ilə bizə müraciət etmişdir. Aparılmış baş beyinin MRT müayinısində kolloid kista aşkarlanaraq əməliyyat olunmuşdur .Pasientimiz cərrahi əməliyyatdan sonra defisitsiz evə yazilmışdır.Vaxtında qoyulmuş diaqnoz və düzgün aparılmış müalicə hər zaman həyat xilas edir.