Kolloid kist baş beyinin üçüncü mədəcik olan nahiyyəsində yerləşmiş xoşxassəli törəmədir. Bəzən neyroepitelial kist də adlandırılır. Beyin şişlərinin 0.3-2%-ni təşkil edir. Qadınlarda və kişilərdə kolloid kistlər eyni tezlikdə əmələ gəlir.
Kolloid kistlərin əlamətləri kəskin baş ağrıları, ürək bulanma, qusma, huşun dərinləşməsi, qıc olma tutmaları, yerişin pozulması kimi hallar ola bilir.
Kolloid kistlərin müalicəsi yalnız cərrahidir. Endoskopik və ya açıq cərrahi yolla icrası mümkündür. Tam cərrahiyyə ilə çıxarılmış kolloid kistlərin sonradan əmələ gəlməsi heç yerdə qeydə alınmayıb. Yaşlı insanlarda rast gəlinərsə heç bir əlamət verməzsə nəzarət lazımdır. Son üç gündə vəziyyəti kəskin pisləşərək ağırlaşdıqdan sonra bizə müraciət edən pasientimizdə beyində maye dövranını pozan kalloid kist aşkarlanmışdır. Cərrahi əməliyyatdan sonra tam defisitsiz evə yazılmışdır.