Retension kistlər
Retension kistlər incə bir divar ilə əhatə olunan kistlərdir, adətən maye ilə doludurlur. Bədənin böyrək, qaraciyər, pankreas, diş kökü, döş, boyun, dodaq, ağız kimi bir çox yerlərində görülür. Sinuslarda (baş sümükləri içinə yerləşən və ağızları burun boşluğuna açılan havalı boşluqlardır) bu strukturların içinə girir. Sinuslarda yaranan bu kistlər vəzilərin ağızlarının tıxanmasına səbəb olmaqda və bunun nəticəsində vəzin tıkanıqlığının arxasında yığılmasına bağlı olaraq meydana gəlmələrdir. Bu səbəblə, "arxada yığılmaya bağlı" mənasını verir. Retension kistlər sıx görülən xəstəlikdir, lakin onlar adətən zərərsizdir.
Uzun müddət heç bir şikayət vermir. Ancaq ətraf toxumaları basmaq üçün yetərincə böyüdükdə şikayətlər yaranır. Retansiyon kist ən tez maksillər sinuslarda (başı meydana gətirən sümüklərdən olan maksilla sümüyünün içində olan sinusdur) meydana gəlir. Bu sinüs ən böyük sinus olduğundan, burada meydana gələn kistlər sinus məkanında böyük bir sahəyə malikdir və bununla əlaqədar uzunmüddət əlamət vermir. Sinusların ağız hissəsinin bağlanması hesabına xronik sinüzitin əlamətləri rast gəlinir. Bundan əlavə üzdə dolğunluq hissi olur; üz, baş, göz, diş ağrısı, burun axıntısı kimi şikayətlər görülür. Retension kistlər sinus adlandırdığımız sümük boşluğunun içərisində olduğundan üçün klassik müayinə metodları ilə diaqnoz qoymaq mümkün deyil. Radioloji müayinə və ya başqa səbəblə edilən endoskopik müayinədə sinusa baxıldığı zaman görülə bilər. Diaqnoz qoyulduqdan sonra adətən müalicəyə ehtiyac olmur. Lakin bu sahədə başqa bir cərrahiyyə əməliyyatı lazımdırsa kistin çıxarılması uyğun gəlir.
Dərmanlar ancaq kistin infeksiyasının nəticəsi olan sinusitin əlamətlərini aradan qaldırır.
Müalicəsi zamanı ya klassik əməliyyatla kist xaric edilir ya da endoskopik üsulla kist aradan qaldırılır.