Hidrosefaliya son deyil

Hidrosefaliya son deyil

 

Hidrosefaliyalı  (Baş beyində mayenin yığılması) xəstələrin sayı kifayət qədər olduğundan və bu xəstəlik barəsində mənə  sosial şəbəkələrdən çoxsayli suallar verilməsini nəzərə alaraq bu barədə bəzi fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Hidrosefaliya baş beyinin  mədəcik sistemində mayenin(likvorun) artması nəticəsində əmələ gəlir.Baş beyində mayenin artması  səbəbinə görə hidrosefaliyanın aşağıdakı növləri var

1.Açıq (communicating ) hidrosefaliya

2. Qapalı (non-communicating) hidrosefaliya və ya Okkluzion hidrosefaliya

Açıq hidosefaliyada beyin mayesinin(likvorun) ifrazi ilə sorulması arasındaki balans pozulur.Bu balans daha çox beyin mayesinin sorulmasının pozulması hesabına dəyişir.Belə hallar adətən mədəcik daxili qansızma və ya baş beyin mayesinin infeksiyalaşması nəticəsində baş verir.Açıq hidrosefaliyalı xəstələrin müalicəsi konservativ müalicəyə tabe olmadıqda cərrahiyyəsi Yalnız Şuntlama əməliyyatıdır.Şuntlama əməliyyatlarında daha çox Ventrikulo Peritoneal Şuntlama (VPŞ)icra olunur.Endoskopik cərrahiyyə bu tip hidrosefaliyalarda göstəriş deyil.

Qapalı tip hidrosefaliyalarda (occlusion)isə baş beyində mayenin (likvorun) dövr etdiyi yollarda qapanması və ya daralması nəticəsində  yaranır.Bu  səbəblər şiş toxuması və ya baş beyində olan inkişaf qüsurları ola bilər.Müalicəsi  Ventrikulo Peritoneal Şuntlama ,Şişin xaric edilməsi,endoskopik cərrahiyyə yolu ilə mümkündür.Cərrahiyyənin əsas məqsədi likvor dövranında maneyənin aradan götürülməsi və ya beyin mayesinin (likvorun) toplandığı bir boşluqdan sorulması mümkün olan digər boşluğa drenaj olunmasıdır.

Ventrikulo Peritoneal Şuntlama əməliyyatlardan çox saylı ağırlaşmalar ola bilir.Belə ki, Şuntun tutulması,Şuntun infeksiyalaşması,Şuntun pompası üzərində dəri toxumasının zədələnməsi,Beyin mayesinin həddindən artıq axması hesabına iki tərəfli Xronik Subdural Hematoma əmələ gəlməsi,Şuntun qarın ucunun bağırsaqdan ,qarın boşluğundan və ya sarğı nahiyyəsindən xaricə çıxması kimi hallah ola bilir ki, bu hallarda təkrarı cərrahi əməliyyat lazim gəlir.

Hidrosefaliyalı xəstələr vaxtında müalicə olunarsa heç bir fəsadlaşma olmaya bilir.Gecikdirilmiş hallarda başın həddindən artıq böyüməsi ,görmənin itməsi,ətraflarda zəiflik və tonusun əmələ gəlməsi,qic  olma tutmaları müşahidə olunur.Belə hallarda isə sonradan icra olunan cərrahi əmməliyyatlar istədiyimiz nəticəni verməyə bilər.

Təqdim etdiyim xəstəmiz  ay yarımlıqda   dərman müalicələrin aparılmasına baxmayaraq baş ölçüsü sürətlə böyüdüyündən yuxarıda qeyd etdiyim ağırlaşmalar baş verməmiş  Ventrikulo  Peritoneal Şuntlama cərrahi əməliyyatına qərar verdik.Aparılmış cərrahı əməliyyat fəsadsız keçmişdir.Beş aydan sonra kı, kontrolunda başın ölçüsü normallaşmış ,uşağın inkişafı isə normal getməsi müşahidə olunur.

Vaxtinda düzgün müalicə olunmuş hidrosefaliyalı xəstələr əlil olmaz.

 Əvvəl  Sonra  


BƏHRUZ EYVAZOV MD.

neyrocərrah

back to top button