Beyin şişləri həcmli törəmələr olduqlarına görə, belə şişlər böyüdükcə beyin toxumasını və beyin daxili mədəcikləri sıxışıdırır. Mədəciklərin sıxılması nəticəsində mədəcik daxili yollarda maye dövranı pozulur. Bunun nəticəsində də hidrosefaliya əmələ gəlir.
Hidrosefaliyanın səbələri anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə hidrosefaliyalara irsi xəstəliklər, bətndaxili keçirilmiş infeksiyalar və travmalar, sinir sisteminin digər genetik xəstəlikləri səbəb ola bilər. Qazanılma hidrosefaliyalara beyin daxili qanamalar, uşaqlıq dönəmində keçirilən infeksiyalar, kəllə beyin travmaları, beyin şişləri və s. ola bilər.
Ağırlaşmış vəziyyətdə gətirilən növbəti balaca pasientimizdə beyincik hemisferinin böyük ölçülü törəməsi və hidrosefaliya aşkarlanmışdır. İlkin olaraq beyində mayeni azaltmaq üçün əməliyyat olunaraq vəziyyəti stabilləşdikdən sonra beyin şişi tam xaric edildi və defisitsiz evə yazıldı. Pasiyentə 1 ay sonra kontrol baş və onurğa beyin MRT müayinəsi olunmuş və heç bir patologiya aşkarlanmamışdır.
Balaca pasiyentimizə sağlam həyat arzu edirik .