Hidrosefaliyanın səbəbləri
Hidrosefaliya xəstələrinin böyük əksəriyyəti serebrospinal mayenin dolaşım yolunda istənilən nöqtədə tıxanma səbəbiylə meydana gəlir. Tıxanma ya ventrikulları bir birinə bağlayan dəlik və ya kanallarda ola bildiyi kimi, əmilmənin olduğu son nöqtədə də ola bilər. Bu tıxanma səbəbi başa alınan zədə, bir infeksiya və ya bir şiş nəticəsində ola bilər.
Hidrosefaliyanın səbəbləri kongenital yəni "anadangəlmə" və ya daha sonra "qazanılmış" ola bilər. Kongenital hidrosefaliya mielomeninqosel kimi xəstəliklərlə birlikdə görülə bilər.
Qazanılmış hidrosefaliyanın inkişafının üç səbəbi də ola bilər:
Birincisi; serebrospinal mayenin həddən artıq sintezidir.Bu adətən bir şiş səbəbi ilə ola bilər.
İkincisi; serebrospinal maye yollarında bir tıxanıqlıq var. Tıxanmanın səbəbi menengit-ensefalit kimi infeksiyalar, travma ilə əlaqədar qanamalardır. Maye axınının qarşısının alınması nəticəsində yaranan bu tip hidrosefaliyaya "non-kommunike" adlanır (əlaqəsi olmayan hidrosefaliya).
Üçüncü səbəb isə; beyin-onurğa beyin mayesinin udulmasında bir pozğunluqdur. Bu tip hidrosefaliya " kommunike " hidrosefaliya adlanır (əlaqəsi olan).
Hidrosefaliyanın səbəbləri qısa qeyd edilsə;
-Spina Bifida da bir mielomeningosel var
-Üçüncü ventrikul və dördüncü ventrikul arasındakı su kanalı stenozu tıxanıqlığı.
-Beyinciyin və ya beyin kökünün başdan onurğa beyninə doğru qabarması(Chiari Malformation)
-Beyin onurğa beyin mayesinin yollarını daraldan və ya tıxayan içi maye dolu kistalar.
-Beyin , beyincik və beyin kökü şişləri.
-Beyin boşluqlarının içi və ya beyin zarı altına qanamalar sonrası.
- Beyin onurğa beyin mayesi sintez edən orqanik şiş.
-Qanama ,infeksiya və ya iltihab sonrası beyin zarı altına beyin onurğa beyin mayesinin axınının əngəllənməsi.
-Genetik və ya ailəvi hidrosefaliya.
Hidrosefaliyanın əlamətləri uşağın yaşına və serebrospinal mayenin artma dərəcəsinə görə dəyişə bilər.