Hündürlükdən yıxılması nəticəsində xəsarət almış xəstə yaşadığı rayon xəstəxanasında stasionar müalicədə olub.Xəstəyə aparılmış bel oma nahiyyəsinin KT müayinəsində L3 fəqərəsinin kompression fəsadlaşmış qəlpəli sınığı aşkarlanmışdır.Gecikdirilərək bir həftədən sonra bizə müraciət edərkən bir ayağında tam hərəkətsizlik və sidik ləngiməsi olan xəstəyə tərəfimizdən tezləşdirilmiş cərrahi əməliyyat icra olundu.Əməliyyatdan sonra xəstənin ayağında hərəkətlər əmələ gəldi ,Sidik ifrazı bərpa olundu.Xəstə evə nevroloji defisitsiz göndərildi. Onurğa sütunun travmalarımda qeyd edim ki ,vaxtın çox böyük önəmi var.Fəqərə sınığı nəticəsində xəsarət almış onurğa beyin və sinirlər nə qədər tez sıxıntıdan azad olarsa xəstənin yaxşılaşmasında bir o qədər şans artmış olur.Ona görə onurğa travması almış xəstələrin ilkin yardım kimi onurğanın korsetlə fiksasiya edib ilkin müayinələr və şok əleyhinə tədbirlər aparıldıqdan sonra mütləq onurğa üzrə ixtisaslaşmış müəsisəyə göndərilməsi lazımdır.