Kiari Malformasiyası

Kiari Malformasiyası

 

Chiari Malformation (Kiari Malformasiyası)adlanan xəstəlik anadan gəlmə bir qurluş pozgunlugu olub adətən yetkin yaşlarda özünü biruzə verir.Kiari Malformasiyasında beyinciyin bir hissəsi olan tonzillalarının kəllənin ən böyük dəliyi olan Foramen Magnumdan xaricə çıxaraq baş və onurğa beyin mayesinin dövranına təsir edərək beyin və ya onurğa beyinin içərisində mayenin toplanması yarada bilir.Belə xəstələrdə kəskin baş ağrıları və baş ağrıların çiyin nahiyyəsinə yayılması,yerişin pozulması,əldə və ayaqlarda zəiflik ,keylik,danışıq səsin pozulması, qida qəbulu zamanı çeçəmə və s.kimi əlamətlər əmələ gələ bilir.Kiari Malformasiyasında əlamətlər aşkarlanarsa cərrahidir.

Təqdim etdiyin pasient kəskin baş ağrıları,yerişin pozulması,əllərdə və ayaqlarda keylik kimi şikayətlərlə bizə müraciət etmişdir.Tərəfimizdən ugurlu cərrahi əməliyyat olundu.Pasientimiz tam yaxşılaşmışdır.Sərbəst gəzir ,baş və çiyin nahiyyəsində olan ağrılar tam keçmişdir.Bu əməliyyatların ən çox rast gəlinən ağırlaşmaları baş beyin mayesinin yaradan axıntısıdır kı,bu da meningit yarada bilir.Vaxtında və düzgün icra edilən neyrocərrahi əməliyyat insanları əlillikdən qurtarır.

back to top button