Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərdən biridir və təkrarlanan baş ağrısı olan insanların nisbəti yüzdə 70-ə çatır. Həyatın keyfiyyətinə mənfi təsir göstərsə də, ümumiyyətlə həyatı təhlükəli deyildir. Lakin baş ağrıları;
-Birdən görülən və indiyə qədər olan baş ağrısından ən ağırı olan,
-Keçmirsə və intensivliyin artırsa,
-İki və ya bulanık görməyə səbəb olursa,
-Ürək bulantı olmadan qusmalar varsa,
-50 yaşından sonra ortaya çıxıbsa,
-Başa alınan bir zərbə və ya qəzadan sonra meydana gəlibsə,
-Boynunda sərtlik və ya temperatur şəklində özünü göstərirsə bir mütəxxəsisə müraciət edin!!
Başağrının səbəbləri.
Baş ağrısı beyində struktur pozğunluq olmadan (birincili) baş verə bilər və ya beynə və bədənə təsir edən digər xəstəliklərə bağlı ( ikincili ) inkişaf edə bilər.
Birincili baş ağrıları,
1. Migren
2. Gərilim tipli baş ağrısı
3. Başqa birincili baş ağrıları
İkincili baş ağrıları,
1. Baş və / və ya boyun travmasına bağlı.
2. Baş və / və ya boyun damar xəstəliklərinə bağlı
3. İntrakranial, qeyri-damar səbəblərə bağlı
4. İnfeksion xəstəliklərə bağlı
5. Qanın biokimyasındakı pozğunluqlara bağlı
6. Göz, qulaq, burun, sinus, diş, ağız problemlərinə bağlı
7. Psixiatrik pozğunluqlara bağlı.
Tez tez görülən baş ağrıları
-Gərginlik tip baş ağrısı:
Başı əhatə edən əzələlərin yığılmasına bağlı olur və adətən bütün başda ağrı hiss olunur. Ağrı; ağırlıq, təzyiq hissi, sıxışdırma formasındadır. 5-10 dəqiqə davam edə biləcəyi kimi günlərlə fasiləsiz də davam edə bilər.
Ürək bulanma, qusma, işıq və səsdən çox narahat olmurlar.
Ağrılar adətən günün ikinci yarısında başlayır, yuxuya getmədə çətinliklər yaradır.
Müxtəlif faktorlar gərginlik tip baş ağrısına səbəb ola bilər.
Psixolojik stress, narahatlıq, depressiya, əzələnin gücə salınması ( uzun müddət maşın sürmək, pis oturmuş formada işləmək və s. kimi) ,baş ağrısını aradan qaldırmaq səbəbi ilə çoxlu dərman istəfadə etmək bunlardan bəziləridir.
-Miqren.
Miqren ən çox rast gəlinən nevroloji xəstəliklərdən biridir. Adətən miqren xəstəsinin evində başqa bir miqren xəstəsidə olur.
Miqren tipli baş ağrısının xüsusiyyətləri; tutmalar halında başlayır (tutmalar arasında baş ağrısı yoxdur), müalicə edilməzsə 4-72 saat davam edər, çox vaxt tək tərəflidir, zonklayan xarakterdədir və şiddətlidir, urəkbulanma və / və ya qusma ilə birlikdə olur, işığa və səsə həssaslıq vardır, fiziki aktivlik ilə ağrı şiddətlənə bilər, ağrı başlamamışdan əvvəl gözün qabağına "yanıb sönən işıqlar, zolaqlı xətlər "kimi görüntülər gələ bilər.
Miqreni tətikləyən faktorlar: Bəzi qidalar və mayelər (köhnə pendir, çərəzlər, şokolad, qatıq, soğan, əncil, qaraciyər, kofeinli qidalar və mayelər, hisə verilmiş və ya qurudulmuş balıq və ət, şərab) yaşayış tərzində dəyişikliklər ( çoxlu və ya az yatmaq, ac qalmaq, fiziki və ya zehni yorğunluq, gecə işi) menstruasiya dövrü, hava / fəsil, atmosfer dəyişikliyi, titrəyən ya parlaq ya flürosen işiqlar, parlaq gün işığı, iylər (ətirlər, kimyəvi maddələr, siqaret), stress.
-Qanazlığı ilə əlaqəli baş ağrısı.
-Kəllədaxili şişin olması: şiddətli və daha əvvəllər olmayan baş ağrısı müşahidə olunarsa xəstə kəllədaxili şiş istiqamətində qiymətləndirilməlidir.
-Baş ilə əlaqəli yaralanmalarda kəskin və ya xroniki baş ağrısı yarana bilər.
-Virus və ya bakterial infeksiyalar sonrasında da baş ağrısı yarana bilər.
-Zəhərlənmələrlə əlaqəli (alkaqol, karbon monooksid, güllə zəhərlənməsi kimi)
Müalicəsində ağrıkəsici və əzələ rahatladıcı dərmanlar istifadə olunur.
-Göz, qulaq, burun, boğaz və boyun fəqərələrinin xəstəliklərinə bağlı olan baş ağrısı.
-Yüksək təzyiq ilə əlaqəli olaraq yaranan baş ağrısı
-Maddə və dərman istəfadəsi ilə əlaqəli yaranan baş ağrısı:
(Alkaqol istifadəsi, uzun müddətli erqotomin və ağrıkəsicilərin istifadəsi, erqotomin, kafein və narkotik dərmanlarının istifadəsinin dayandırılması baş ağrısı yarada bilər.)
-Öskürək və asqırmaq sonrası, ağır qaldırmalardan sonra və ani əyilib düzəlmə ilə əlaqəli yaranan baş ağrısı. Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən baş ağrısı yarana bilər. Kişilərdə daha çox görülür.
-Posterior fossa şişi(arxa kəllə çuxuru şişləri): Öskürmək zamanı və ağır bir əşyanı qaldırdıqdan sonra meydana gələ baş ağrısı posterior fossa şişini düşündürməlidir.
-Polikistik over sindromu və ya prolaktin hormonu ifraz edən bir şişin varlığında;
a) Ani başlayan baş ağrısının olması.
b) Doğum etməmiş olsada süd vəzilərindən südün gəlməsi.
c) Menstruasiyanın kəsilməsi müşahidə olunur.
Təbii ki,yuxarıda sadlanan baş ağrı şikayətləri göstərilən xəstəliklərdə xarakter olsada dəqiq diaqnoz hər zaman aparılan istrumental müayinələr (baş beynin Komputer Tomoqrafiyası -KT və ya Mangit Rezonans Tomografiyasi MRT) vasitəsi ilə qoyulur.
Əgər sizdə və yaxınlarınızda bu kimi şikayətlər varsa mütəxxəssisə müraciət etməyiniz vacibdir!
Sizin sağlamlığınız bizim nailiyyətimizdir!