Fəqərə qırıqları və tətbiq olunan müalicə

Fəqərə qırıqları və tətbiq olunan müalicə

Onurğamız 33 fəqərə sümüklərindən ibarətdir və bu sümüklərdən hər hansı birində fəqərə sınığı ola bilər. Lakin fəqərə qırıqlarının 64 %i bel və kürək nahiyyəsində meydana gəlir. Fəqərə sınıqları ən çox toraks 12 və L1 fəqərə sümüklərində görülür. Avtomobil, motosiklet qəzaları, düşmə, silahlı yaralanma, idman qəzaları, osteoporoz bu cür qırıqlara səbəb ola bilər.

Osteoporoz bu cür qırıqlarda böyük əhəmiyyət daşıyır. Xüsusilə yaşlı xəstələrdə sümüklərin spongioz quruluşunun pozulması və dəstəklənmə xüsusiyyətinin itirilməsi sınıqlara səbəb olur. Fəqərəni tutan xərçənglərdə fəqərənin içində olan şiş sümük quruluşunu poza bilər və sınıqlara səbəb ola bilər. Fəqərə sümüyündəki qırılma xəstənin vəziyyətini poza bilər və ağrıya səbəb ola bilər.

Fəqərə qırıqlarının əlamətləri.

Əlamətlər təsirlənən bölgədəki onurğa beyin və sinirdəki zədə və sıxılmaya bağlı olaraq dəyişə bilər. Bu simptomlar şiddətinə görə aşağıdakı kimi sıralanmışdır.

-Ani bel və ya kürək ağrısı

-Gücün itirilməsi (iflic)

-Uyuşma, qarışqa gəzmə hissi

-Hissiyyat itkisi

-Nevrogen şok

-Spinal şok

Fəqərə qırıqlarının növləri

-Kompressiyon tipli qırıqlar (Burst Cırıqları)

-Partlama tipli qırıqları (Burst Fraktürü)

Fəqərə qırıqlarının ən çox rast gəlinən növü kompressiyon tipli qırıqlardır. Bu cür qırıqlarda fəqərənin ön hissəsində çökmə baş verir.

Partlama tipli qırıqlarda fəqərədə partlama meydana gəlir. Bu qırıqlar onurğa beyin kanalına doğru irəliləyərək onurğa beyin və sinirlərə zərər verə bilər.

Qırıqlı-çıxıqlar-Daha ağır travmala səbəb ola bilər. Fəqərə sümüklərinin bir-birinin üzərindəki əlaqəsi qopur. Bağlarda qopmalar,diskdə yırtıqlar olur. Bu tip qırıqlarda çox vaxt onurğa beyni zədələnməsi müşahidə olunur. Adətən cərrahi müalicə edilir.

Fəqərə qırıqlarında diaqnostika

Fəqərə zədələnməsi düşünülən bir xəstə ən qısa müddətdə xəstəxanaya çatdırılmalıdır. Qəza yerində və nəqliyyat zamanı ilk müdaxiləni təlim keçmiş və ya məlumatlı işçilər tərəfindən həyata keçirilməsi çox vacibdir. Xəstənin yanlış nəqli hətta kiçik bir zədədə ciddi nəticələrə səbəb ola bilər.

Rentgen: Xəstələrin ilk müayinəsidir. Fəqərə qırıqların diaqnozu bu müayinə ilə asanlıqla qoyula bilər.

Kompyuter tomoqrafiya: Sümüyə həssas olması səbəbindən travmalarda tez-tez istifadə olunan bir müayinədir.Fəqərə qırıqların diaqnozu dəqiq olaraq bu müayinə ilə qoyulur.

Maqnit Rezonans Tomoqrafiya (MRT): Yumşaq toxumaların, bağların, sinirlərin və onurğa beyin görüntüsünə baxılır. Onurğa beyində meydana gələn zədələnmə radioloji olaraq görünə bilər.

Fəqərə qırıqlarında müalicə.

Fəqərə zədələnmələrində müalicə yaralanma növünə və onurğa beyni zədələnməsinin olub olmamasından asılı olaraq konservativ və ya cərrahi müalicə tətbiq olunur.

Müalicənin məqsədi; fəqərənin bərpası və xəstələrin qısa müddətdə ağrısız köhnə fəaliyyətlərinə dönməsidir. Yalnız onurğa sütununun ön hissəsində çökmə olan və fəqərə sümüklərini bir-birinə bağlayan bağların yaralanması olmayan xəstələrdə konservativ olaraq yataq istirahəti və korset ilə müalicə edilə bilər. 3 aylıq korset və ya ortez istifadə edilməsi təklif edilə bilər.

Kompresyon tipli qırıqlarda fəqərə qırığı əmələ gədiyində 2 ay müddətində sümük içərisinə inyeksiya edilən kifoplastika və ya vertebroplastika (sümük sementi terapiyası) üsulları tətbiq oluna bilər. Kifoplastika və vertebroplastika fəqərə qırıqlarının müalicəsində istifadə edilən üsullardır. Vertebroplastikada sement fəqərə sümüyünün içərisinə inyeksiya edilir. Bu sement içəridə donur. Kipoplastikada isə balon kimi bir alət fəqərə içində şişirdilir. Sümükdə bir yer meydana gəldikdən sonra sement vurulur. Çökən sümük hündürlüyündə artım olur. Cərrahın seçiminə görə asanlıqla yerli və ya ümumi anesteziya ilə tətbiq edilir.

Kompresyon tipli qırıqlarda vertebroplastika və kipoplastika xəstələr üçün ağrının azalması və xəstənin rahatlığı baxımından çox uğurlu olduğunu düşünürəm.

 

back to top button