Onurğa düzləşməsi ilə əlaqədar məlumatları paylaşmadan əvvəl bədənin işinin bizim etdiyimiz səhvlər nəticəsində pozulduğunu unutmamalıyıq!!
Ani hərəkətlər, ani əyilmə kimi tərs hərəkətlərin nəticəsində onurğa beyni ziyan görə bilər.Boyun əzələlərinin həmişə eyni mövqedə olması da onurğa düzləşməsinə səbəb ola bilər. Onurğa düzləşməsinin səbəbləri arasında boyun yırtığı və boyunun müxtəlif səbəblərlə zərər görməsini izah edə bilərik.
Onurğaların içindən keçən sinirlər, yol qəzası, oynaq xəstəlikləri kimi narahatlıqlar onurğa düzləşməsinə səbəb olur. Ayrıca səhv mövqedə oturmaq, kompüter başında uzun vaxt keçirmək, ani hərəkətlər etmək onurğa düzləşməsinin səbəblərindən bəziləridir.
Dinamik servikal mielopatiyanın səbəbi başın birdən önə getməsi və ya geriyə getməsi səbəbiylə, onurğanın tarazlığının bir anda pozulmasıyla yaranan ani xəstəlikdir. Baş önə doğru yer dəyişdirdiyində onurğa gərilir, bu vəziyyət sinirlərin də birdən gərilməsinə səbəb olur. Bu səbəblə onurğada zədələnmə yaranır.
Son illərdə gənclərdə bu narahatlıq daha çox olur. Bunun səbəbi onların kompüter qarşısında uzun müddət qalmalarıdır. Onurğa düzləşməsi ilə onurğalara yüklənilir, buda sümük çıxıntılarını meydana gətirir. Bu xəstəliklə onurğada elastiklik ortadan qalxır.
Onurğa düzləşməsinin əlamətləri.
-Duruş pozğunluğu; Normal bir mövqedə oturarkən başı avtomatik irəli doğru əyilmiş halıdır. Bu düzləşmə gözlə görüləcək qədərdir.
-Boyun hərəkətlərinin məhdudlaşması; Adam boynunu sağa və sola əyərkən əzələlərin gərilməsinə səbəb olan ağrılı bir vəziyyətdir. Bu gərilmə onurğa düzləşməsinin səbəbidir.
-Ağrılar; Onurğa düzləşməsinin inkişaf etmiş halıdır. Həddindən artıq ağrı ilə onurğada sinirə təzyiq yaranır. Bu ağrı adətən ənsə bölgəsindədir. Baş hərəkət edəndə ağrı daha da güclənir.
-Güc itkisi: Onurğadakı düzləşmə ilə sinirlərə təzyiq tətbiq olunur. Bu təzyiq nəticəsində uyuşma, hissiyyat azlığı və qarışqa gəzmə hissi kimi simptomlar yaranır. Bu onurğa düzləşməsinin inkişaf etmiş mərhələsidir və adətən əməliyyat tələb edir.
Onurğa düzləşməsinə qarşı tədbirlər;
-Kompüter qarşısında dik oturmaq
Adamın kompüter qarşısında uzun müddət başı onə doğru dayanması vücudun əyilməsinə səbəb olur. Kürəkdə və beldə yaranan əyrilikləri, boyun düzəlməsini yaradır.
Düzgün oturuş şəkli ayağın yerə toxunması,başın ekranın üst qisiminə dik olaraq baxması lazımdır. Buna görə masa arxasında işləyən insanların öz oturma mövqeyinə diqqət göstərməsi son dərəcə vacibdir.
-Fiziki müalicə ilə yaxşılaşdırma
Onurğa beyni düzəlməsi rentgen ilə təsdiqləndikdən sonra tibbi müalicə başlanır. Bu zaman boyun və bel hərəkətləri etməklə boyun və bel əzələlərini gücləndirilməlidir.