Sual Cavab

Salam doktor spİnal kanal daralmasİnİn emelİyyat etmeden mualİce etmek olar?

Salam

Spinal kanalın daralması dedik də onurğa kanalını təşkil edən sümük və bağ aparatının qalınlaşması və bunun nəticəsi kimi kanalın mənfəzinin daralması nəzərdə tutulur.Bu zaman kanalın mənfəzində olan sinir elementləri və ya onurğa beyin sıxılır.Dar kanal və ya başqa sözlə spinal stenoz nisbi və mütləq ola bilir.Spinal stenozlarda ilkin olaraq konservativ müalicə və fizioterapevtik proseduralar seçilir.Bu proseduralar spinal kanalı təşkil edən bağ aparatında və sinirlərdə ödemin azalmasına səbəb olur və bununla xəstələr fayda görürlər.Lakin kritik spinal stenozlarda isə müalicə yalnız neyrocərrahi əməliyyatladır.


Növbəti Əvvəlki
dr. warren

Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.

back to top button