Sual Cavab

Salam hekİm İdmandan sonra Bİoyunda agrİlarİm vardİ Sag Elİmde Gucsuzluk yarandİ Mrt etdİm C5C6 aralİgİnda 7mm qrİja var sİnİrİ keskİn sİxİb. Emelİyyata gosterİsdİrmİ? Yoxsa fİzİoterapİyalarla kecer

Salam

Onurğanın boyun nahiyyəsində olan fəqərə arası disk yırtıqları bel yırtıqlarından fərqlənir.Belə ki boyun nahiyyəsində onurğa beyin yerləşdiyindən fəqərə arası disk yırtığı zamanı təkcə sinir kökcüyü yox həm də onurğa beyində sıxıla bilir. Əgər boyun yırtıqlarında onurğa beyinin sıxılması varsa və bu nevroloji defisitlərə səbəb olursa əməliyyatı gecikdirmək olmaz.Çünki onurğa beyinin uzun müddət sıxılması onurğa beyində geri dönməz dəyişiklərə servikal mielopatiyaya gətirib çıxarır.Bu isə uzun müddət fizioterapiya tələb edə bilər.Bu səbəbdən   böyük boyun yırtıqların vaxtında cərrahi əməliyyat olunması məsləhət görülür.Bel  yırtıqlarında kiçik ölçü sayılan disk yırtığı həmin ölçü boyun nahiyyəsi üçün böyük sayəıla bilər. 


Növbəti Əvvəlki
dr. warren

Mən, ehtiyacı olan hər kəsə, mütəxəssisin cavablandıra biləcəyi sorğu və suallarlar üçün sizə kömək etməyə hazıram.

back to top button