Ağır kəllə-beyin travmaları, insan sağlamlığı üçün ciddi təhlükə yaradan və vaxtında müalicə olunmadıqda ağır nevroloji fəsadlara səbəb ola bilən hallardır. 51 yaşlı xəstəyə ağır kəllə-beyin travmasından sonra təxirəsalınmaz cərrahi müdaxilə tətbiq edildi. Xəstə sağ frontotempoparietal kranioektomiya əməliyyatına məruz qaldı. Bu prosedur zamanı epi və subdural hematoma, yəni beyində toplanan qan laxtaları xaric edildi. Belə hallar baş beynin sıxılmasına, təzyiqin artmasına və neyronların zədələnməsinə səbəb olur, buna görə də hematomanın dərhal çıxarılması həyati əhəmiyyət daşıyır.
Keçirilən əməliyyatlar:
Birinci mərhələdə xəstəyə sağ frontotempoparietal kranioektomiya icra olundu. Kranioektomiya beynin ətrafındakı təzyiqi azaltmaq və beyinin zədələnməsinin qarşısını almaq məqsədilə kəllənin sümük hissəsinin müvəqqəti çıxarılması əməliyyatıdır. Bu vəziyyətdə xəstənin beynində yaranmış epi və subdural hematoma (beyin və kəllə sümükləri arasında yığılan qan) xaric edildi. Hematomalar beyində təzyiqin artmasına səbəb olaraq, nevroloji simptomlar, şüur itkisi və hətta ölümə səbəb ola bilərdi. Bu səbəbdən hematomanın çıxarılması xəstənin həyatı üçün olduqca vacib idi. Əməliyyatdan sonra beynin şişməsinin və iltihabın qarşısını almaq üçün intensiv terapiya tədbirləri həyata keçirildi.
Əməliyyatdan sonra xəstə intensiv terapiya şöbəsində müalicə alaraq, vəziyyətində əhəmiyyətli yaxşılaşma müşahidə edildi və o, nisbi kafi vəziyyətdə evə buraxıldı. Lakin travma nəticəsində xəstənin kəllə sümüklərində yaranmış defektin aradan qaldırılması üçün əlavə cərrahi əməliyyat tələb olunurdu.
İkinci mərhələ: Sümük plastika əməliyyatı
Müəyyən müddətdən sonra xəstənin kəlləsində yaranan sümük defektinin bərpası məqsədilə ikinci əməliyyat həyata keçirildi. Bu əməliyyatda xəstənin öz sümüyü istifadə edilərək sağ alın, təpə və gicgah nahiyəsindəki sümük defekti bərpa olundu. Bu cür əməliyyatlar, kəllə sümüklərinin tamlığının təmin edilməsi və beyinin əlavə zədələrdən qorunması üçün vacibdir. Sümük defektlərinin vaxtında bərpa olunmaması beyinin zədələnməsi, infeksiyalar və kosmetik problemlərlə nəticələnə bilər. Sümük plastikasında xəstənin öz sümüyü istifadə edildikdə, infeksiya riski azalır və orqanizmin toxumanı qəbul etmə ehtimalı artır.
Ağır kəllə-beyin travmalarında vaxtında diaqnostika və müalicə önəmlidir
Ağır kəllə-beyin travmalarında müalicə prosesində vaxtında müdaxilə və dəqiq diaqnostika əsas rol oynayır. Bu cür travmalar beyin toxumasında ciddi zədələrə səbəb ola bildiyindən, xəstələrin həyatını xilas etmək və nevroloji fəsadların qarşısını almaq üçün cərrahi müdaxilələrdən istifadə olunur. Kranioektomiya kimi əməliyyatlar, beyində təzyiqin azalmasına və beyin toxumasının qorunmasına kömək edir, sümük plastika əməliyyatları isə beyinin kəllə travmasından sonrakı struktural və funksional bütövlüyünü bərpa edir.
Bu əməliyyatlar hərtərəfli müalicə və reabilitasiya ilə birlikdə həyata keçirildikdə, xəstələrin normal həyata qayıtma şansı artır. Reabilitasiya prosesinə fizioterapiya, nitq terapiyası və psixoloji dəstək daxildir, bu da travmanın yaratdığı nevroloji və psixoloji fəsadların aradan qaldırılmasına kömək edir.
Bəs kəllə-beyin travmalarının qarşısını necə almaq olar?
Kəllə-beyin travmalarının əsas səbəbləri avtomobil qəzaları, yüksəkdən yıxılma, idman zədələri və digər fiziki travmalardır. Bu cür travmaların qarşısını almaq üçün aşağıdakı tədbirləri görmək vacibdir:
Ağır kəllə-beyin travmalarının qarşısını almaq və bu cür travmalardan sonra vaxtında müalicə almaq, insanın uzunmüddətli sağlamlığı üçün çox vacibdir.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov