Travma nəticəsində yaranan zərərlərə görə 2 qrupa bölünür.
Erkən dövrdə ola bilən zərərlər
-İntrakranial hematoma
-Extradural epidural hematoma
-Subdural və / və ya intraserebral hematoma
-Yayılmış beyin zədəsi
-İntrakranial təzyiqin artması sindromu
Gecikmiş dövrdə ola biləcək zərərlər.
1.Epilepsiya-Posttravmatik epilepsiya 2 hissəyə bölünür. erkən və gecikmiş.
a-Erkən dövr, Kəllə tavmalarının (güllə yarası xaric ) 5 %ində erkən epilepsiya inkişaf edir.Adətən ilk 24 saatda ərzində ortaya çıxır. Ümumi epilepsiya qədər fokal, yəni qismən epilepsiya də tez-tez görünür. Erkən epilepsiya uşaqlarda, 24 saatdan çox uzanan posttravmatik anamnezli xəstələrdə, beyin qanaması olan travmalarda və çökmüş kəllə travmalarında daha çox müşahidə olunur. Profilaktik dərman verilməsi erkən dövr epilepsiyaların qarşısını alır.
b-Gecikmiş dövr 5% xəstələrdə görülür. Adətən ilk ildə görülsə də, 10 ilədək görülə bilər. Müalicə üçün profilaktik dərman kecikmiş epilepsiyaların qarşısını almır.
2. Beyin onurğa beyin (BOM) maye sızması- Kəllə travması nəticəsində başın əsasının qırıqlarında beyin onurğa beyin mayesi paranasal sinuslardan buruna (Rinorea), yada orta qulaqdan xarici qulaq yoluna (Otorea) axa bilər. Maye çıxışı çox olarsa gözlə görülür, ancaq bəzən çox yüngül sızmalarda (beyin toxuması dəliyi tıkayacağından) hiss edilmir. Qayda olaraq kəllə qırıqlarında antibiotik başlanmalıdır, çünki menengit riski vardır.
3. Posttravmatik sindrom - Xəstələr yüngül travma sonrası belə posttravmatik sindroma məruz qala bilərlər. Baş ağrısı, başgicəllənmə, narahatlıq, işə diqqətdə çətinlik, yorğunluq və depressiya. Bu əlamətlər əvvəllər psixoloji olduğu düşünülürdü. Ancaq bu günlərdə bu əlamətlər post-travmatik şüur itkisi ya da amneziya olan xəstələrdə azda olsa neyronal zədəni göstərir. Buna görə beyin işlərində gecikmə ola bilər.
4. Kumulativ beyin zədəsi - Təkrarlanan neyron zərərləri yığıntısıdır. Demans inkişaf edir. Buna görə də demans boksçularda ən çox yayılmışdır.
Beyin yarımkürəni, ən çox da serebral kortex və hippokampus deyilən bölgəyə təsir edən yayılmış xəstəlik nəticəsində intellekt, davranış və şəxsiyyət xüsusiyyətlərində irəliləyici pozulma görünüşüdür.
Tipləri
1-Alzheymer
2-Serebrovaskulyar
3-Neyrodegenerativ
4-İnfeksion
5-Qidalanma səbəbli
6-Metabolik
7-Xroniki inflamatuar
8-Travma
9-Subdural hematoma
10-Frontobasal kütlə
11-Normal təzyiqli Hidrosefaliya
Beynin ön (frontal) bölgəsini tutan xəstəliyi olan xəstələr davranış pozğunluqları, antisosial davranış, senzuradan keçməmiş və məsuliyyətsiz davranış nümunələri göstərirlər. Məsələn normal təzyiq hidrosefali, Huntington Koreya, metabolik xəstəliklər.
Beynin arxa (temporal və parietal) bölgəsini tutan xəstəliklərdə isə qəbul etmə, yaddaş və dil funksiyalarında pozğunluq olarkən, şəxsiyyət pozğunluqları çox görülməz. Məsələn, Alzheimer,Kortikal demans, Dysfasiya, agnoziya, apraksi kimi yüksək kortikal funksiyalar itir.