Son zamanlar rast gəldiyimiz onurğa xəstəliklərindəndir. Disk yırtığı fəqərələr arasında amortizator funksiyasını yerinə yetirən disklərin sürüşməsi, xarici qatının yırtılması nəticəsində meydana gəlir. Fəqərələr arasında intervertebral disklər adlanan yastıqlar var. Onlar zədələnməsi ilə əlaqədar bir sağlamlıq problemi yaşanır. Bu, şiddətli ağrıya səbəb olur və hərəkət qabiliyyətini məhdudlaşdırır.
Disk yırtığının bir sıra səbəbləri olur:
Yırtılmış diskin diaqnozu fiziki müayinə, görüntüləmə testləri (MRT və ya CT scan) və bəzən sinir testlərinə əsaslanır.
Müalicə seçimləri simptomların şiddətindən, xəstənin yaşından və ümumi sağlamlığından asılı olaraq dəyişə bilər. Müalicə seçimlərinə ağrının idarə edilməsi, fiziki terapiya, onurğa manipulyasiyası, inyeksiya və cərrahi müdaxilələr daxil ola bilər.
Biz disk yırtığı və digər mürəkkəb onurğa problemlərinin diaqnostikası, müalicəsi və cərrahi müdaxiləsi ilə məşğul oluruq. Hərtərəfli qiymətləndirmə aparıb, ilkin olaraq konservativ müalicə seçirik. Əgər bu müalicə iki həftə müddətində effekt verməzsə, ya ağrılar azalmazsa bu zaman cərrahi əməliyyat seçilə bilir. Və yaxud da kobud nevroloji defisitlər varsa, yırtığın ölçüsü kifayət qədər böyükdürsə pasiyent cərrahi əməliyyat olunmalıdır.
Sizin sağlamlığınız mənim naliyyətimdir!
Neyrocərrah Bəhruz Eyvazov