Beyindən şişin xaric edilməsi

Beyindən şişin xaric edilməsi

 

Şiş bədəndəki anormal hüceyrələr tərəfindən əmələ gələn toxuma kütləsidir. Şiş sözü bəzən xərçəng sözünün sinonimi kimi işlənsə də, hər şiş xərçəng demək deyil. Xoşxassəli və bədxassəli şişlər var. Xoşxassəli şişlər adətən bədənin digər hissələrinə yayılmır, lakin zaman keçdikcə yerində böyüyə bilirlər. Müalicəyə yaxşı cavab verirlər. Bədxassəli şişlər xərçəng deməkdir. Onlar ortaya çıxdıqları yerdən digər hissələrə yayıla bilərlər; Tibbi dildə buna "metastaz" deyilir və müalicəsi çətindir.

 

Beyin şişindən sonra sağalma prosesi

Beyin şişi əməliyyatından sonra sağalma vaxt tələb edir. Sağalma prosesi hər kəs üçün fərqlidir.

  • Beyin şişinin yeri

  • Əməliyyat zamanı təsirlənən beyin sahələri

  • insanın yaşı

  • Ümumi sağlamlıq vəziyyəti bu prosesə təsir edən amillərdən biridir.

Neyrocərrahiyyə xidmətindən evə buraxıldıqda pasiyent və onun yaxınlarına sağalma prosesi barədə məlumat verilir. Yara baxımı, dərmanların düzgün istifadəsi, hansı hallarda gözləmədən səhiyyə müəssisəsinə gəlmək lazım olduğu, nəzarət görüşlərinin planlaşdırılması erkən dövrdə vacib olan əsas məsələlərdir.

Bəzi pasiyentlər beyin şişi əməliyyatından sonra birbaşa evə buraxılsa da, bəziləri əlavə Fiziki Müalicə və Reabilitasiya tələb edə bilər. Beyin şişi və beyin əməliyyatı insanın fiziki qabiliyyətlərinə, idrak funksiyalarına və psixologiyasına təsir göstərə bilər ; Funksional itkilər və nəticədə iflic baş verə bilər.

Bu vəziyyətdə fizioterapiya, Ergoterapiya - Peşə terapiyası və danışma terapiyası kimi reabilitasiya yanaşmaları ön plana çıxır. Fiziki Müalicə və Reabilitasiya həkimi pasiyenti müayinə edir, onun funksional vəziyyətini müəyyənləşdirir və reabilitasiya qrupu, ailə və pasiyent ilə birlikdə reabilitasiya məqsədlərini müəyyən edir. Məqsədlərə çatmaq üçün təqib ediləcək müalicə planını hazırlayır.

 
Həkim- pasiyent münasibətləri

Həkimlər pasiyentlərin narahatlıqlarını başa düşməlidir. Bu münasibətdə ünsiyyət mühüm rol oynayır. Pasiyent müalicə planı haqqında tam məlumatlandırılmalı və həkimdən gözlənilən nəticələri aydın şəkildə başa düşməlidir. Həkimlər pasiyent ilə açıq və anlayışlı ünsiyyət qurmalı, müalicə prosesi boyunca daima məlumatlandırmalıdırlar. 

Pasiyentin təhlükəsizliyi hər mərhələdə prioritet olmalı və əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra diqqətlə izlənilməlidir. Həkim-pasiyent münasibəti etibar və effektiv ünsiyyətə əsaslanmalıdır. Uğurlu əməliyyatdan sonra pasiyent ilə həkim arasında yaranan minnətdarlıq hissi sağalma prosesinə müsbət təsir edir və bu əlaqəni daha da gücləndirir. Buna görə də beyin şişi əməliyyatı kimi mürəkkəb prosedurlarda xəstənin təhlükəsizliyi və həkim-pasiyent münasibəti hər zaman ən yüksək səviyyədə saxlanılmalıdır.

Pasiyent təhlükəsizliyi tibb işçilərinin və pasiyentlərin fəal iştirakını tələb edir və daim təkmilləşdirilməli olan bir prosesdir. Pasient məmuniyyəti bizim üçün çox önəmlidir. Beyin əməliyyatından sonra müayinəyə gələn pasiyentimizin əl işi bizi heyrətləndirdi. Hədiyyəsinə görə təşəkkürlər. Allah bütün pasiyentlərimizə can sağlığı versin.

 

Sizin sağlamlığınız mənim naliyyətimdir!

Neyrocərrah Bəhruz Eyvazov

 

back to top button