Bel yırtığı-fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır. Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.
Bel yırtığının klinikası.
Əsas əlamət belinizdəki ağrıdır;
-Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,
-Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə
-Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.
Bel yırtığı çox irəliləsə; düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.
Kimlərdə daha çox rast gəlinir?
35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.
Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq,belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa başı işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.
Bel yırtığının diaqnozu necə qoyulur?
Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.
Bel yırtığı zamanı müalicə taktikası.
Bel yırtığının erkən mərhələsində, yəni; bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə; yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.
Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.
Ağrı çox isə və ağızdan alınan dərman müalicəsinə bir həftə ərzində cavab yoxdursasa, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə; o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur-'lomber epidural inyeksiya' və 'transforaminal inyeksiya' kimi.
Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.
Bəzən isə cərrahi müalicə qərarında gecikildiyində, qalıcı zədələr yarana bilər.
Əməliyyatın riski var mıdır?
Bu əməliyyatın mütləq neyrocərrah etməlidir. Bir çox cərrahi müdaxilə üsulu var. Tətbiq olunacaq cərrahi müdaxilə xəstənin yaşı, çəkisi, yanaşı xəstəlikləri kimi vəziyyətlər göz önünə alınaraq cərrah tərəfindən ediləcək əməliyyatın növünə qərar verilməlidir. Bu şəkildə müvəffəqiyyət da artacaqdır.
Əməliyyatdan sonra şikayətlər keçir mi?
Əməliyyatın müvəffəqiyyəti: sinir təzyiqinin nə qədər erkən mərhələsində aradan qaldırılmasından və ya xəstəyə bağlı bəzi mənfi vəziyyətlərin olmasından (həddindən artıq kilolu deyilsə, erkən mobilizasyon və xəbərdarlıqlara möhkəm şəkildə riayət edirsə) və həkimin bu mövzuda təcrübəli olması ilə əlaqəlidir. Ümumiyyətlə ölkəmizdə bu əməliyyat mütəxəssisi cərrahlar əlində müvəffəqiyyət ilə tətbiq olunan əməliyyatlardır.
Bel yırtığından qorunmaq üçün nələr etməliyik?
Bel, boyun və kürək əzələlərinizi, ayaq əzələlərinizi gücləndirici məşqlər təklif edilir. Bu şəkildə güclü əzələlərlə, onurğaya düşən yükü azalda bilərsiniz.
Əgər siqaret çəkirsinizsə, buraxın; siqaret bel ağrısı ilə uyğunluq təmin edən bir faktordur.
Əgər kilonuz varsa, ideal kilonuza enərək forma saxlayın. Bu şəkildə onurğaya düşən yükü azaldaraq, yırtıq inkişafını önləmiş olarsınız.
Bədəninizə lazım olan diqqəti göstərin, məşq edin, doğru qidalanın və sağlam bir həyat tərzi davam etdirin.
Məsləhətər:
-Çox alçaq (çox alçaq tualet kimi) və ya çox yüksək yerlərə oturmayın.
-Oturarkən belinizə yastıq ilə dəstəkləyiniz.
-Qətiliklə yerə yatmayın.
-Yerə əyilmələrinizdə belinizi deyil, diz və ombadan dəstək alın. -Yerdən bir cisim (şey, əşya) qaldırarkən, belinizə əyməyin, diz və ombanızdan bükülü əyilin vAQə ya çöməlin, cismi gövdəyə yaxınlaşdırıb bu şəkildə qalxın.
-Yük daşıyarkən iki əlinizə bərabər yük alın.
-Yatağa yatarkən əvvəl oturun, ayaqlarınızı qarınınıza çəkərək yan yatın və sonra kürək üstü uzanın (yataqdan qalxarkən də tam tərsini tətbiq edin).
-Bir əşyanı çəkmək və ya itələməkdən qaçınınl
-Yuxarıdan bir əşya almanız lazım olsa uzanmaq yerinə ayaqlarınızın altına bir möhkəm taburetka alaraq elə edin.
-Yüksək dikdaban ayaqqabı istifadə etməyin.