28.01.2023 tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives @hsi.org.az nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı ilə “Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları” seminarında çıxışımız oldu. Təcrübənizdəki müxtəlif Tunnel sindromların cərrahi müalicəsində və cərrahi əməliyyatlara götərişlərindən danışdıq. Məruzəmiz nevroloqlar tərəfindən maraqla qarşılandı.
Tunnel sindromlari lokal neyropatiya olub davamlı olaraq periferik sinirlərin bağ və sümük toxuması tərəfindən sıxılmasıdır. Bu tunnel sindromlardan yuxari və aşağı ətraflarda ən çox rast gəlinənləri Karpal Tunnel Sindromu, Kubital (dirsək) Tunnel sindromu, Guyon kanal sindromu, Tarsal Tunnel sindromu, Morton nevrinoması, Meralgiya Paresteticani göstərmək olar. Bu tunnel sindromlarina doğru diaqnoz qoyularsa və vaxtında cərrahi əməliyyat olunarsa əməliyyatdan sonra ki reabilitasiya müddəti də qısa olar.
Rast gəldiyimiz Tunnel sindromların müalicəsi hər zaman nevroloqlarla müştərək müalicə aparıldıqda daha effektli nəticələr alırıq.
Vaxtında göstərilən yardım hər zaman sinirin funksiyasının pozulmasının qarşısını alır.