Gərgin onurğa beyin sindromu Onurğa beynin normal yerləşdiyi səviyyədən aşağıda onurğa kanalına fiksə olunması nəticəsində yaranan patoloji haldır.Hamiləliyin ilk 3 ayina qədər artıq bu patoloji hal yaranmiş olur.Gergin onurğa beyin sindromu (tethered cord) çox vaxt onurğa beyin yırtıqları ilə birga rast gəlinir. Az hallarda isə yalniz tək bir patologiya kimi rast gəlinir ki bu hallarda əlamət verərsə əməliyyat lazım ola bilir. Anadan gəlmə onurğa beyin yırtıqların əməliyyatı zamanı qalınlaşmış terminal bağ (filium terminale) kəsilib onurğa beyin sərbəstləşdirilməlidir.Əgər onurğa beyin gərginliyi qalarsa uşaqlarda boy artımı olan zaman onurğa da deformasiya ( skolioz),pəncələrdə deformasiyalar və sağalmayan(trofik ) yaraların əmələ gəlməsi, aşağı ətraflarda tonusun artması hesabına yerişin pozulması,çanaq üzvlərin funksiyaların pozulması müşahidə oluna bilir.Növbəti təqdim etdiyim pasient bir neçə ayliq olarkən onurğa beyin yırtığına görə əməliyyat olunmuşdur.Son bir neçə ayda yuxarıdakı şikayətlər əmələ gəlmişdir.Onurğanın bel nahiyyəsinin MRT müayinəsi zamanı gərgin onurğa beyin sindromu yəni onurğa beynin terminal bağla əməliyyat olunmuş nahiyyədə fiksə olunması aşkarlanmışdır.Tərəfimizdən icra edilən uğurlu əməliyyatdan sonra pasientimizdə yaxşılaşma müşahidə olunur.Əgər yuxarıdakı əlamətlər müşahidə olunarsa onurğanın bel nahiyyəsinin MRT müayinsəi olunması məsləhətdir.
Dr.Bəhruz Eyvazov . Neyrocərrah