Yaşlanma qaçınılmaz olsa da əslində yaşlılıqda onurğamızda meydana gələn pozulmaları geciktirməmiz mümkündür. Yaşlanma ilə skelet sistemində və onurğamızda çox böyük dəyişikliklər baş verir. Ümumi olaraq bütün reflekslərimizdə yüzdə 20 azalma olarkən, 50 yaş sonrasında hər 10 ildə bir əzələ kütləmiz yüzdə 15 azalır. 70 yaşından sonra bu nisbət yüzdə 30'a qədər çıxır. Əzələ liflərində 20 ilə 80 yaş arasında 40 % azalma medana gəlir. Bu sırada sümük sıxlığı yaşla yavaşca azalır. Kişilərdə sümük sıxlığında yüzdə 30, qadınlarda isə yüzdə 50 itki meydana gəlir. Menopaozadan sonra bu itki daha da sürətlənir. Yaşlanma il bağlı dəyişikliklər sümükdə olan pozulmalarla yaxından əlaqələndirilir. Bütün bunlar bel, kürək, boyun hətta qol, çiyin, omba və ayaq ağrıları olaraq qarşımıza çıxa bilər. Bel, boyun ağrılarına sadə disk problemi səbəb ola bildiyi kimi; onurğa oynaqlarında duzlaşma, onurğada 'skolioz' olaraq təsvir edilən əyriliklər, bel sürüşmələri və onurğa beyini ilə sinirlərin keçdiyi kanalların daralmasının da əlavə olunduğu olduqca ağır onurğa xəstəlikləri də səbəb ola bilər.
Yanlış həyat tərzi problemi artırır!
Yaşlanma ilə əlaqəli onurğa xəstəlikləri bütün ölkələrdə görülür. Genetik fərqliliklər bu xəstəliklərin seyrinə təsir edərkən, səhv həyat tərzi də onurğa yaşlanması və pozulmasını sürətləndirir. Gündəlik həyatdakı səhvlər nəticəsində onurğamızda meydana gələn dəyişikliklərə ikincili yaşlanma deyilə bilər. Tam bu nöqtədə adamın daha əvvəl mövcud olan onurğa xəstəlikləri (anadangəlmə və ya gənclik çağında meydana gəlmiş əyriliklər, qırıqlar, infeksiyalar kimi), həyat tərzi və şəkli, iş həyatı və çətinliyi, siqaret çəkilməsi kimi vəziyyətlər hər şeyi dəyişdirib xəstəliyin seyrinə təsir edir. Böyük şəhərlərdə masa başı peşəyə sahib kəslərdə boyun nahiyyəsinin xəstəlikləri çox rast gəlinir. Bununla bərabər, disk problemləri ağır işlərdə işləyən gənc yaş qruplarında yayğındır. Bütün yaş qruplarında siqaret çəkən kəslər (gündə 20 dənədən çox) nə qədər onurğa sağlamlığına diqqət etsələr də onurğada ağrılı degenerasiya və yaşlanma erkən yaşlardan başlayır.
Daimi fitness və gəzinti çox təsirlidir!
Ölkəmizdə fizioterapiya və piylənmə ilə mübarizə hələ də yetərincə aparılmır. Araşdırmalar göstərir ki, əgər şüurlu idman, fizioterapiya və ürək sağlamlığı nəzərə alınarsa, yaşlı insanlarda daha az ağrılı bir bel ola bilər. Daimi fitness menopaozadan sonra xüsusilə vacib olan sümük kütləsini artırır. Həftədə ən azı üç dəfə iki saat sürətli gəzinti və ya üzmək də əzələ gücünə faydalıdır. Bel ağrısının müalicəsində fiziki sağlamlığın artırılması çox əhəmiyyətlidir və beyin sinir sisteminin nəzarətini artırır.
Bel ağrısı psixologiyanı pozur!
Xronik bel ağrısı olan xəstələrdə görülən hərəkət və fəaliyyətin olmaması ağrıların şüuraltında keçməyəcəyi bir vəziyyətə gətirib çıxarır ki, bu da fəaliyyətləri ciddi şəkildə məhdudlaşdırır. Beləliklə, xəstəlik daha çox xronik olur və anormal deformasiya və psixoloji problemlərlə nəticələnir.
Ofisdə məşq, siqaretə son, şüurlu idman!
Ofis işçiləri skelet sistemi və boyun üçün yüngül məşq edə bilərlər və uzun müddət maşın istifadə edənlər skelet sistemini hərəkət etdirmək üçün iki saatlıq ara verməlidirlər. İşləməyənlərə gündə iki və ya üç dəfə spinal məşq etmək lazımdır. Siqaret də onurğa degenerasiyası yaradır, onurğa dondurması və implant istifadə edilmiş əməliyyatlardan sonra sümük bitişməsini pozur.