Regionlardaki Konfransdakı çıxışımız

Regionlardaki Konfransdakı çıxışımız

 

      30.11.2019 tarixdə Azərbaycanın gözəl güşələrindən biri olan Lənkəran rayonunda təşkil olunmuş daha bir Elmi toplantıda iştirak etdik. "Ağrının idarə olunmasının müasir yanaşması" adlı Elmi -Praktiki konfransdakı çıxışımız aktual problem olan Diskogen Bel Ağrılarından oldu. Konfransda iştirak edən müxtəlif ixtisaslı həkimlər tərəfindən çıxışımızın maraqla qarşılanması bizi sevindirdi. Qeyd edim ki, hər bel ağrıları diskogen bel ağrısı demək deyil. Bu tip bel ağrıları fəqərəarası disklərin degenerativ dəyişiklər və iltihabi proseslər nəticəsində yaranır. Heç bir nevroloji defisit vermir. Heç bir sinir sıxılma əlamətləri olmur. Ayaq üstə durmaq, oturmaq və ya önə əyilməklə bu tip bel ağrıları artar. Çünki fəqərə arası disk içi təzyiq bu hallarda artar, uzanan zamanı isə ağrılar keçər. Müxtəlif ixtisaslı həkimlərin toplaşdığı bu toplantıda digər xəstəliklərdə rast gəlinən bel ağrıları ilə diskogen bel ağrıları necə ayırd etməkdən danışdıq, Diskogen bel ağrılarında bel əzələlərin möhkəmləndirməyin vacibliyini vurğuladıq. Belə toplantıların keçirilməsi xəstəliklərə multidisiplinar yanaşılmasının öyrənilməsində böyük rolu var. Toplantının təşkilində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

 

 

 

                                                                                                                                    Dr.Bəhruz Eyvazov . Neyrocərrah

back to top button