Eşitmə sinirin nevrinoması

Eşitmə sinirin nevrinoması

 

Eşitmə sinir Nevrinomalar bütün beyin şişlərinin 8-10% ni təşkil edir. Eşitmə sinirin nevrinoması beyinin körpü beyincik bucağı nahiyyəsində rast gəlinir.Xoş xassəli olmaları və yavaş böyümələri səbəbindən 30 yaşından sonra tədricən artan klinik əlamətlərlə özünü biruzə verməyə başlayır.İlkin olaraq eşitmənin itməsi ilə başlayır.Araşdırmalar göstərir ki, eşitmənin itməsi ilə diaqnozun qoyulmasina qədər olan vaxt təqribən 3.5-4 il zaman çəkir.Bu şişlərə başqa adla Vestibular şvannoma və ya nevrinoma, Akustik şvannoma,akustik nevrinom  kimi də adlanırlar.Vestibular şvannomalar (Eşitmə sinirin nevrinoması )  ilkin olaraq daxili qulaq keçəcəyində vestibular sinirin liflərindən inkişafı düşünülür.Ona görə də  vestibular şvannomalarda(Eşitmə sinirin nevrinoması)   ilkin əlamət olaraq eşitmənin itməsi və vestibular pozgunluqlar aşkarlanır.Şiş böyüdükcə üz sinirin parezi daha sonra digər kəllə sinirlərin əlamətləri və hətta beyin kötüyü əlamətləri meydana gələ bilər.

Eşitmə sinir nevrinomalari(vestibular şvannoma) 1 ildə 1-10 mm böyümə sürətinə malikdirlər.Bəzi eşitmə sinirin nevrinomaların ölçüləri illərlə eyni ölçüdə qala bilir və ya hətta 6%  kiçilməsi olanlarıda müşahidə olunmuşdur.İldə 2 mm böyüyən  eşitmə sinirin nevrinomaları yavaş böyüyən ,ildə 10mm böyüyən isə sürətli böyüyən vestibular şvannoma( Eşitmə sinirin nevrinoması ) kimi dəyərləndirilir.Qadınlarda daha çox rast gəlinir, hamiləlik şişin böyüməsini sürətləndirə bilir.Eşitmə sinir nevrinomaları  95% hallarda tək tərəfli olur.Neyrofibromatoz Tip II  adlanan xəstəlik də isə iki tərəfli olur.Neyrofibromatozlu xəstələrdə nevrinomalardan əlavə gliomalar və ya meningiomalar ,dəridə kofe rəngli ləkələr,dərialti lipomalar,periferik nevrinomalar da rast gəlinir.

Eşitmə sinir nevrinomaları adətən çox böyük ölçüyə çatdıqda aşkarlanırlar.Nadir hallarda kiçik olduqda yüngül simptomalardan  hiss edilərək müayinədən keçdikdən sonra diaqnoz qoyula bilər.Ən çox görülən əlamətlər eşitmənin azalması və ya itməsi(95% hallarda),qulaqlarda küy və baş gicəllənməsi(61%hallarda),eşitmə sinirin nevrinomu böyüdükcə üzdə assimmetriya və keylik (95% hallarda) meydana çıxır.Bu əlamətlərin meydana çixması isə vestibular şvannomanın 2-3 sm dən böyük olması lazımdır.Körpü beyincik bucağın digər beyin şişi olan meningiomalarda isə üz sinirin parezi daha erkən baş verir,eşitmənin itməsi isə sonradan yaranır.Vestibular  Şvannomanın ölçüsü 4sm dən böyük olduqda isə beyin su yolların tutulması və beyin mayesinin özülülüyn artması səbəbindən beyinə mayenin toplanması-Hidrosefaliya əmələ gələ bilər. Bu səbəbdən kəskin baş ağrıları və qəflətən huşun itməsi baş verə bilir.Bu xəstələrin neyrocərraha gec müraciət etməsinə səbəb bir qulaqda olan eşitmənin  pisləşməsini  xəstənin gec əhəmiyyət verməsi  və ya bu səbəblə qulaq həkimləri tərəfindən uzun -uzadi müalicələrin alması dogru diaqnozun qoyulmasini gecikdirir.

Eşitmə sinirin nevrinomasının diaqnozu Baş beynin MRT  və KT müayinəsi ilə qoyulur.Kontrastlı baş beynin  MRT müayinəsi olunması diaqnozu daha da dəqiqləşdirir.

Vestibular Şvannomaların  müalicəsi dinamik müşahidə  ,cərrahiyyə,radiocərrahiyə(Gamma Knife)  yolu  seçilə bilir. Vestibular şvannomalar  əgər heç bir əlamət vermirsə ,kiçik ölçüdədirsə və ya bunlarla yanaşı digər ciddi xəstəlikləri varsa,orta yaş xəstədə 1sm dən kiçik olan şişlərdə böyümə sürətini təyin etmək üçün ,65 yaşından yuxari olan xəstələrdə ciddi defisitlər yoxdursa nəzarətdə saxlanılır, dinamik müşahidə taktikası seçilir.Eşitmə sinir nevrinomalarında üz sinirin funksiyasını qorumaq baxımından  ölçüsü 2.5 sm dən kiçikdirsə ən çox cərrahi,2.5-3 sm arasında isə radiocərrahi məsləhətdir. Nevrinomanın ölçüsü 3 sm dən böyük olarsa radiocərrahi zamanı beyin kötüyünün şüalanması riski daha çoxdur.Bu səbəbdən böyük ölçülü akustik nevrinomalarda əvvəlcə cərrahiyyə sonra  qalıq qalan hissəsinə isə radiocərrahiyyə məsləhətdir.Cərrahi əməliyyatdan sonra  üz sinirin funksiyasının və eşitmənin qorunması eşitmə sinirin nevrinomasının ölçüsündən aslıdır.Şişin ölçüsü böyüdükcə bu şans azalmış olur.Neyrofibromatozlu xəstələrdə əgər bir tərəfdə eşitmə itibsə hemin tərəfdən nevrinoma çixarılır,digər tərəfdən isə nevrinoma mümkün qədər dinamikada müşahidə edilir.Çünki digər tərəfdən də əməliyyat olunduqdan sonra eşitmənin saxlanması qarantili deyil.

Təqdim etdiyim xəstə eşitmə sinirin nevrinoması münasibəti ilə cərrahi əməliyyat icra olunmuşdur.Əməliyyata öncəsi  eşitmənin tam itməsi ,üzündə keylik hissinin olmasi ,baş gicəllənməsi  şikayətləri olan xəstəyə əməliyyat zamanı  üz sinirin tamlığını saxlamaq məqsədi ilə şişin müəyyən hissəsi (üz sinirinə bitişik hissəsi) saxlanmışdır. Əməliyyatdan sonra üz sinirin yüngül parezi  aşkarlanmışdır.Bu parez zamanla düzələ bilər. Bizim hər zaman məqsədimiz şişi tam çıxararaq pasientdə kobud qalıcı defisit yaratmaq yox pasientin kefiyyətli ömrünü uzatmaqdır.

back to top button