Azərbaycan Travmatoloq və Ortopedlərin XI Beynəlxalq konqresində (10.11.20119) onurğanın inkişaf anomaliyalarından danışdıq . Onurğanın inkişaf anomaliyalarının müalicəsində ortoped və neyrocərrahlarla birgə çalışılmasının bu xəstələrin əməliyyatdan sonrakı dövürdə əlilliyin azaldılmasında böyük rolu olduğunu qeyd etdik.Belə ki,Spinal disrafizim-onurğanın inkişaf anomaliyaları pediatrik neyrocərrahiyyənin həmişə aktual mövzusu olmuşdur.Sinir borusu defekti inkişaf qüsürlarının əksəriyyətini təşkil etməklə uşaqlıq çağının əlilliyinə ən çox səbəb olan faktorlarındandır.Son bir neçə on illikdə perinatal dövrün diaqnostikasındakı yeniliklərlə əlaqədar olaraq spinal disrafizim bütün dünyada rast gəlməsi azalmışdır.Buna baxmayaraq sosial-ekonomik inkişafı zəif olan inkişaf etməkdə olan ölkələrdə bu inkişaf qüsurların rast gəlmə tezliyi yüksək olaraq qalır.Uşaqlıq çağındakı əlilliyin azaldılması üçün ailə planlanmasının və hamiləliyin düzgün aparılması,perinatal dövürdə erkən diaqnostikanın,postnatal dövürdə erkən cərrahi əməliyyatların aparılması, inkişaf qüsurlu uşaqların ailələrinin maarifləndirilməsi lazımdır.Spinal disrafizim özündə onurğa sütünda və onurğa beyində olan anadan gəlmə qüsürları birləşdirir.Onurğa sütünun anomaliyalarına Klippel Feil sindromu, kraniovertebral birləşmənin inkişaf qüsurları,Fəqərə displaziyaları (metobolik və genetik səbəblərdən ortaya çıxan kifoz ,skolioz kimi deformasiyalar), Kaudal ageneziya sindromu aiddir.Onurğa beyində rast gəlinin inkişaf qüsurları isə sinir borusunun embrigenezinin mərhələsinə görə təsnif olunması xəstəliyin sonrakı müalicəsində əhəmiyyət kəsb edir.Onurğa beyinin tərəfimizdən ən çox icra edilən inkişaf qüsurları meningosele, meningomielosele, siringomieliya,lumbosakral limpoma,gərgin onurğa beyin sindromu,diastematomieliya,kongenital spinal dermal sinus, Chiary Malformasiyası,neuroenterik kistlərdir. Anadangəlmə onurğa beyin yırtıqlarının tərəfimizdən daha erkən vaxtlarda cərrahiyyəsi olunmasına üstünlük verilib.Erkən aparılan cərrahi əməliyyatlar Spina bifida aperta olan hallarda infeksiyalaşma riskinin azaldılmasında,yumuşaq toxumaların asan deseksiyasında və qan köçürülmə hallarının azaldılmasında böyük rolu var.
Dr.Bəhruz Eyvazov . Neyrocərrah