Trigeminal nevralgiya nədir?

Trigeminal nevralgiya nədir?

İnsanlar arasında kəskin şiddətli üz ağrısı kimi tanınan trigeminal nevralgiya, həmçinin "dəli edən xəstəlik" kimi tanınır. Trigeminal nevralgiya üz yuma, üzə toxunma, yemək kimi amillərlə daha da güclənə bilər.

Həyatın keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən trigeminal nevralgiya nədir?

Trigeminal nevralgiya üzünüzdən beyninizə qədər bir hiss oyandıran trigeminal sinirə təsir edən xronik bir ağrı vəziyyətidir. Əgər trigeminal nevralgiyanız varsa, üzünüzü çox az stimullaşdırmaq (dişləri fırçalamaq və makiyaj etmək kimi) ağrıları tətikləyə bilər. Birdən başlayan bu ağrı, adətən bir neçə saniyədən iki dəqiqəyə qədər davam edir.Xalq arasında "Dəli edən xəstəlik" kimi tanınan xəstəlik intihara qədər apara bilər.

Trigeminal nevralgiya üz sahəsini tutan bir neyropatik ağrı növüdür və “tic douloureux” deyə də adlanır. Trigeminal nevralgiya trigeminal sinirin bir və ya daha çox şaxəsinin əhatə etdiyi sahədə yaranan ani, adətən birtərəfli,şiddətli, qısa müddətli, şimşək kimi yaranan ağrıdır. Üz yuma, üzə toxunma, yemək yemə kimi faktorlar ilə başlayıb şiddətlənə bilər. Bir çox tədqiqatlarda, trigeminal nevralgiyanın rast gəlmə sıxlığı 100 mində 5 ilə 25 arasında olduğu bildirilir. Qadınlarda 1,7-2,2 dəfə daha çox olduğu bilinir.

Əvvəlcə qısa, yüngül hücumlarla qarşılaşa bilərsiniz. Lakin, trigeminal nevralgiya güclənə bilər və daha tez-tez ağrıya səbəb ola bilər. Trigeminal nevralgiya qadınlarda kişilərə nisbətən daha tez-tez müşahidə edilir və 50 yaşdan yuxarı yaşlarda daha çox müşahidə olunur.

Yemək yemək, diş fırçalamaq,su içmək, üz qırxmaq, makiyaj etmək və ya soyuqda üzə təmas edən əsinti ağrının ani başlanmasına səbəb ola bilər. Erkən dövrlərdə baş verən ağrı hücumları çox sıx olmur, bəzən aylarca, illərcə ağrı olmaya bilər, lakin yenidən başlayar. Xəstəlik irəlilədikcə, bəzi xəstələrdə xronik, daim davam edən yüngül ağrı fonunda arada sıx şimşık çaxması kimi ağrı müşahidə edilir.

TRİGEMİNAL NEVRALGİYADA YARANAN VƏZİYYƏTLƏR

-Elektrik vurması kimi hiss edilə bilən şiddətli, qızdırmalı və ya ağrılı bir ağrı

-Üzə toxunma, çeynəmək, danışmaq və dişləri fırçalamaq kimi şeylər tərəfindən tətiklənən ağrı

-Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən ağrı,

-Spazma oxşayan yanma hissi

-Bir nöqtədə ağrı və ya daha geniş modeldə yayılma,

-Zamanla daha tez-tez və sıx hücumlar.

Xəstəliyin səbəbi tam olaraq bilinmir!

Klassik trigeminal nevralgiyada xəstəliyin əsl səbəbinin nə olduğuna bilinmir. Trigeminal sinirin beyin kökündən çıxdığı yerdə damar təzyiqi və ya trigeminal sinirdə beyin kökünün əsas hissəsində anormallıq olduğu düşünülür.

Simptomatik trigeminal nevralgiyada isə altda yatan bir səbəb var. Ağrı ilə birlikdə üzdə duyğu hissi itkisi müşahidə edilir. Siniri sıxan şişlər, anevrizmalar, dağınıq skleroz kimi xəstəliklərdən qaynaqlana bilər.

Müalicə zamanı epilepsiya dərmanlarından istifadə olunur. Amma dərmanlara baxmayaraq ağrı davam edirsə cərrahi müdaxilə tələb edilir.

Ən çox istifadə olunan üsul mikrocərrahiyədən istifadə edərək damarın yaratdığı təzyiqi aradan qaldırmaqdır. Ona görədə dərman qəbuluna baxmayaraq güclü trigeminal ağrıları olan xəstələr hökmən neyrocərrahlara müraciət etməlidirlər!

 

back to top button