Meningioma.

Meningioma.

Meningiomalar nisbətən yavaş böyüyən şişlərdir və beyin zarı olan araxnoid hüceyrələrindən əmələ gəlirlər. Meningioma araxnoid hüceyrələr olan hər yerdə ola bilər.

Meningiomaların meydana gəlməsi daxili və xarici amillərə bağlıdır. Xarici amillər arasında

X-ray (radiasiya), viruslar və baş travması əsas yer tutur. Ancaq ən güclü əlaqənin radiasiya ilə olduğu göstərilir. Bunun ən güclü sübutu bir göbələk infeksiyasına görə kiçik voltajda radiasiya alan İsrailli uşağın böyüdükdə meningioma sıxlığının artmasıdır. Bundan əlavə, uşaqlıq dövründə yüksək dozada radioterapiya alan leykozlu uşaqlarda meningioma tezliyi artmışdır. Radioterapiyanın tətiklədiyi meningiomalar digərlərindən fərqli olaraq daha malign olurlar. Radioterapiyanın xromosomal pozğunluqla şiş meydana gəlməsinə səbəb olduğu düşünülür.

Meningiomanın formalaşmasında iştirak edən daxili amillər hormonlar və genetik meyllilikdir. Meningiomlar qadınlarda daha çox olur və menstrual dövrdə progesteronun yüksək olduğu dövrdə və hamiləlikdə daha aqressiv olurlar.

Genetik meyllilik əsasən Neyrofibromatosis II tipdə daha çox görülür.

Menengiomalar daha çox xoşxassəli kütlələr olsada atipik hüceyrələrin olmasına görə 3 sinfə bölünür.

Grade I (xoşxassəli meningiomalar): 90-95% hallarda müşahidə olunur. Xoşxassəlidir, yavaş inkişaf edir. Onların bir çox variantları var. Meningotelial, transisyonal, fibroblastik, psammomatoz, angiomatoz, mikrokistik, sekretor, metaplastik, limfoplazmatik .

Grade II (atipik-ara tip meningiomalar): 5-7% hallarda müşahidə edilir.

Grade III (malign-bədxassəli meningiomalar): 1-2% hallarda müşahidə edilir.

Meningiomaların meydana gəlməsi xüsusi genlərin disfunksiyası ilə əlaqəli olduğu düşünülür. Bu, həm də şiş supressiya edən genlərin inaktivasiyası, həm də onkogenlərin çoxlu azad edilməsi ilə əlaqəli olur. Şiş supressiya edən genlərin inaktivasiyası NF2 geninin inaktivasiyasıdır.

Meningiomlar sitogenetik cəhətdən öyrənilən ilk sağlam şişlərdir

Meningiomaların hormonal asılılığı klinik müşahidələrlə dəstəklənmişdir. Meningiomalar qadınlarda kişilərdən üç dəfə daha çox müşahidə olunur. Həm də hamiləlik və menstrual tsiklin luteal fazında şişin böyüməsi sürətlənir. Meningiomalarla süd vəzi  xərçəngi arasında əlaqələr sübut edilmişdir. Döş xərçəngi olan xəstələrdə meningiomaların yaranması digər fərdlərə görə 2 qat daha çoxdur.

Meningiomalar damarla zəngin şişlərdir.

Xəstəxana əsaslı tədqiqatlarda intrakraniyal kütlələrin 19,5% -i və əhaliyə əsaslanan tədqiqatlarda isə 22% -i meningiomalar təşkil edir. Beyində yerləşdiyi yerlərə görə aşağıdakı növləri var:

- Parasagital / falks 25%

- Konveksite 19%

- Sfenoid qanad 17%

- Suprasellar (tuberkulum) 9%

- Posterior fossa 8%

- Olfaktor groove 8%

- Orta fossa % 4

- Tentorium % 3

- Peritorkuler % 3

- Lateral ventrikul 1%

- Foramen magnum 1-2%

- Orbita 1-2%

Meningiomanın harda yerləşməsindən asılı olaraq müxtəlif simptomlar müşahidə olunur.

Simptomlar iki qrupa ayrılır ;

1.Ümumi beyin əlamətləri:

– Baş ağrısı;

– Ürəkbulanma-qusma;

– Yuxululuq;

– Şüur bulanıqlığı;

– Qıcolma tutmaları və s.

2.Yerləşdikləri yerə xas əlamətlər:

– Davranış və xarakter dəyişikliyi;

– Əldə və ayaqda keyimə;

– Əldə və ayaqda zəiflik- parez və ya  iflic;

– Nitq və danışığın pozulması;

– Müvazinətin və yerişin pozulması;

– Eşitmə və görmə pozuntusu;

– Qoxu ala bilməmək və s.

Meningiomaların diaqnostikasında ən vacib vasitələr kompüter beyin tomoqrafiyası (KT) və beyin MRT'idir. Bəzi hallarda şişlərin vaskulyarizasiyasını görmək və müalicəni planlaşdırmaq üçün angiyografiya da edilə bilər.

Meningiomların müalicəsi əməliyyatla aparılır. Bir meningioma beyin səthinə yaxın olarsa, müalicə çox aşağı risk olur. Cərrahi yolla çıxarılması asan olmayan şişlərdə hissəvi çıxarma və radioterapiya alternativ olaraq tətbiq edilir.

Təqdim etdiyim xəstə baş ağrıları və epileptik tutma şikayətləri ilə bizə müraciət etmişdir.Baş beyinin kontrastlı MRT müayinəsində əsas sümüyün böyük qanadının meningioması aşkarlanmışdır.Xəstəyə planlı cərrahi əməliyyat icra edildi .Əməliyyatın uzun çəkməsinə baxmayaraq şiş toxuması tamamilə xaric edildi. Xəstə nevroloji defisitsiz evə yazıldı.

back to top button