Uzun müddət ayaqlarında zəiflik, yerişin çətinləşməsi ,çanaq uzvlərin funksiyasının ləngimə tipli pozulması şikayətləri ilə bizə müraciət etmişdir.Xəstə uzun müddət nevropatoloqlar tərəfindən müalicələr almasina baxmayaraq ayaqlarında zəiflik artdığından xəstəyə nevroloji statusa uyğun olaraq onurğanın döş fəqərələrinin MRT müayinəsi aparılmışdır.Aparılmış onurğanın MRT müayinəsi nəticəsində döş fəqərələri səviyyəsində onurğa beyini kəskin sıxan onurğa beyinin qışasından inkişafı düşünülən şiş toxuması aşkarlanıb.Xəstəyə planlı cərrahi əməliyyat "Döş fəqərələrin laminektomiyası və intradural şişin xaric edilməsi "icra olundu.Əməliyyatdan sonra xəstənin nevroloji statusunda yaxşılaşma müşahidə olunur.Xəstə sərbəst gəzir,ayaqlarında əzələ gücü artmışdır,Şişin patohistoloji cavabı meningioma gəldi.Xəstəyə müalicəvi idman məsləhət görüldü.Xəstə nevropatoloqun nəzarəti altında evə yazıldi.
Qeyd edim ki, onurğada rast gəlinən şişlər ilkin əlamətlər adi onurğada olan ağrılarla başlaya bilər.Bu ağrılar getdikcə ayaqlarda və əllərdə zəiflik yarada bilir.Zəiflik başladiqdan sonra qısa müddət ərzində dəqiq müayinə olunub diaqnoz qoyulmalıdır.Eks hallda uzun müddət davam edən ayaqlarda və əllərdə zəiflik əməliyyatdan sonra reabilitasiyası və nevroloji defisitlərin tam bərpası çətinləşmiş olur.
Çalışin sağlamlığınızın qeydinə qalın vaxtında həkim müayinəsindən keçin.