Spondilolistezis

Spondilolistezis

Spondilolistezis- Fəqərələrin birinin digərinin üzərindən sürüşməsidir. Normal vəziyyətdə fəqərələrin bu vəziyyətə gəlməsinin qarşısını alan  oynaq və vətər birləşmələri var. Vətərlər  vertebranın sürüşməsinin qarşısını almaq üçün iki dayaq kimi fəaliyyət göstərir.

Əgər vətər birləşməsində  və ya bağlı sümükdə (pars inter-articularis) bir qüsur varsa, onurğa düz dura bilmir  və bel sürüşür.

Spondilolistezisin səbəbləri nədir?

-Parsda anadangəlmə qüsur

-Sarsıntı səbəbiylə parsda anormallıq

-Vətər birləşməsində  və parsda degenerativ dəyişikliklər

-Şişlər

Bu vəziyyət xəstəyə necə təsir edir?

Ən çox rast gəlinən şikayətlər:

-Heç bir şey yoxdur! Spondilolistezli xəstələrin əksəriyyətində heç bir şikayət yoxdur.

-Bel ağrısı. Bu spesifik əlamət deyil, ayaq ağrayırsa o tərəfədə daha çoxdur. Disk kapsulunun gərilməsi və ya vətər və əzələlərin gərilməsi  səbəbi ilə yarana bilər.

-Siyatik (ayaq ağrısı)

Burada, (siyatik sinir)qalçanın  arxasından ayağa qədər davam edən sinirin bel fəqərələrindəki sinir köklərinin təzyiq altında qalması səbəbiylə yaranır. Ağrı kalçadan dabana qədər yayıla bilər.

-Keyləşmə və zəiflik

Hər zaman olmur. Bu sinirə olan təzyiqin çox yüksək olduğu və sinir zədələndiyinin bir işarəsidir.

-Qarışqa gəzmə hissi. Pəncənin adətən alt hissəsində  və ayaqda olur.

-Kramp girmə hissi. Bu adətən təsirə məruz qalan sinirin nəzarət etdiyi əzələlərdə olur. Bu spazm da ola bilər.

Diaqnoz necə qoyulur?

Həkim şikayətlərinizə və əlamətlərinizə  görə adətən diaqnoz edə bilər. Müayinələrdə KT və MRT diaqnozu dəqiqləşdirir.

Sinirlərdə qalıcı zədənin yaranmaması üçün vaxtında həkimə müraciət etmək əsas şərtdir!!

Neyrocərrah

Dr.Bəhruz Eyvazov

back to top button