Hündürlükdən yıxılaraq xəsarət almış xəstə ayaqlarda zəiflik və sidik ifrazının pozulması şikayətləri ilə bizə müraciət etmişdir.Aparılmış KT və MRT müayinələr zamanı xəstədə Birinci bel fəqərəsi qəlpəli sınığı aşkarlanmışdır.Xəstəyə tezləşdirilmiş cərrahi əməliyyat "Th11,Th12 və L2 fəqərələrin transpedikulyar fiksasiyası ,L1 fəqərəsinin dekompressiv laminektomiyası və siniq qəlpəsinin xaric edilməsi" icra olundu.Əməliyyatdan bir gün sonra xəstədə sidik ifrazi bərpa olundu.Bir gün sonra isə xəstə ayağa qaldırılaraq gəzdirildi. Xəstə nevroloji defisitsiz evə yazıldı.