Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur.
Skoliozun Simptomları
Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
• Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
• Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
• Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
• Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının" əmələ gəlməsi
• Bir qol digərindən uzun görünür
• Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi
Skolioz zamanı Diaqnostika.
Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:
1-ci dərəcəli – 0-10° dərəcə
2-ci dərəcəli – 11-30° dərəcə
3-cü dərəcəli – 31-60° dərəcə
4-cü dərəcəli – >61° dərəcə
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proqressivləşməsini vaxtında aşkar etmək mümkündür!!