Ensefaloselin yaranmasını artıran risk faktorları.

Ensefaloselin yaranmasını artıran risk faktorları.

 

Ensefalosel ya da sefalosel olaraq adlandırılan xəstəlik, körpələrdə hələ ana bətnində özünü biruzə verir və ultrasəs ilə təsbit edilə bilir.

Ensefalosel, körpələrdə kəllənin arxasındakı bir açıqlıqdan, yəni dəlikdən çölə beyin toxumasının çıxması olaraq təyin olunur və körpənin ana bətnindəki inkişaf müddətində yaşanan anomaliyaları ilə əlaqədar yaranan bu açıqlıq, təəssüf ki, içərisində beyin toxumasının tapılması halında kritik bir hala gəlir. Bəzi hadisələrdə isə bu nöqtədə yenə bir açıqlıq və kisə olmasına baxmayaraq bu kisədə beyin toxumasının olmaması, kranial meningosel adlandırılır.

Ensefalosel genetik olaraq olduğu qədər xarici faktorlardan da olduqca təsirlənən bir xəstəlikdir. Bu səbəblə ana namizədlərinin hamiləlikləri müddətində özlərinə diqqət etmələri lazımdır. İndiyə qədər edilən araşdırmalar, anada qarşılaşılan aşağıdakı faktorların ensefalosel riskini artırdığını göstərir.

-Yüksək dozada A vitamini

-Radiasiya

-Genetik sindromlar

-Diabet

-Qızılca

Son dövrlərdə hamilələrdə şəkər xəstəliyinin təsbitində istifadə edilən üsullara qarşı mövcud olan ön mühakimələrin artmış olması səbəbiylə ensefalosel riskinin də bir xeyli artdığını qeyd etməliyik. Çünki hamilə ana namizədləri artıq şəkər testini həyata keçirmək istəmirlər, ancaq tibb dünyası isə şəkər testinin qismən potensial zərərlərinə qarşı bu testin edilməməsi halında daha böyük risklərin alındığını ifadə edir.

Bunun yanında uzun müddətlərlə cib telefonu, kompüter kimi cihazların yanında radiasiyaya məruz qalmaq, hamiləlik zamanı müxtəlif tədqiqlər səbəbiylə radiasiya almaq kimi vəziyyətlərdə də təəssüf ki, ensefalosel riski artır.

back to top button