Gündəlik həyatın tempi gərgin olsa da, təəssüf ki, bu sıxlıq bizə kilo verdirmir və ya əzələlərimizi daha da gücləndirmir. Bu yorğunluq və müqavimətin azalmasına səbəb olur. Biz bel, boyun və kürək ağrısı olan insanlara məşq edin dediyimiz zaman, onsuzda zəhmətli bir iş həyatlarının olduğunu və bütün gün ayaq üsdə olduqlarını deyirlər. Amma bu onurğamızın sağlamlığını qorumaq üçün edilən məşqlərin yerini tutmur. Onurğa məşqləri fərqlidir və fərdidir.
Artıq çəkisi olanlarda onurğa degenerasiyaya uğrayır. Uzun boylu adamlarda əzələ strukturunun güclü olmaması səbəbiylə onurğada mexaniki səbəbdən ağrı müşahidə olunur. Bu xəstələrdə yalnız boyları uzun olduğundan boyun, bel və kürək əzələlərinə xüsusilə böyük əhəmiyyət verilməlidir. Artıq çəkililərdə isə vəziyyət fərqlidir. Çünki onurğaya düşən hər bir çəki onurğa, disk və bağ toxumasının vaxtından əvvəl zədələnməsinə səbəb olur. Artıq çəkili xəstələr müəyyən bir səviyyədə arıqladıqda, onların əzələlərinin həcmi və gücü artırılmalıdır. Arıqlamaq kifayət deyil. Əzələ gücüdə artırılmalıdır.
Ən az risk üzmədədir....
Suyun qaldırma gücü onurğaya düşən yükü azaldır. Onurğa üstündə təzyiq olmur. Bunun sayəsində siz belin ətrafındakı bütün dəstəkləyən əzələləri harmonik şəkildə işlədərək rahatlığı təmin edə bilərsiniz. Eyni zamanda su da insanların gərginliyini aradan qaldırır. Psixi stress əzələlərin gərginliyini artıraraq əzələ ağrısına səbəb olur. İsti su da əzələ gərginliyi aradan qaldırır. Sakit mühitlərdə, motivasiya yaradan hər şey əzələ ağrılarını azaldır, zehni gərginlik, isti və soyuq dəyişmələri, cərəyanda qalmaq, əzələlərin çox istifadə edilməsi əzələ spazmını artırır.
Onurğa içindəki disklərdəki təzyiq yatarkən 25,yeridiyimizdə 100, oturduğumuzda isə 225 qat olur. Bu səbəblə bel ağrısı tez-tez oturaq işlərində görülür. Təzyiqin ani artması zamanı bel yırtığı çox olur. Bunun üçün eyni mövqedən 15 dəqiqədən çox durulmamalıdır. Əgər eyni mövqedə 15 dəqiqədən çox qalarsanız şikayətlərinizdə, disk içindəki təzyiqdə artar, onurğanın daşıma funksiyası pozulur. Edilə biləcək ən yaxşı şey eyni vəziyyətdə qalmamaqdır. Kilolu insanlar içərisində bu dərəcələr bir neçə qat artır və onurğa sağlamlığı üçün bir təhlükə yaradır.
Kilo vermək şərtdir..
Kilolu şəxslər kilo verməzlərsə bel, kürək və boyun ağrılarından xilas olmaq çox çətindir. Çünki bu ağrılar böyük nisbətlərdə həddindən artıq və balanssız kilo paylanmasına səbəb olduğu ağrılar olduğu üçün müalicədə nə edilirsə edilsin, səbəb olan faktorları ortadan qalxmadıqca ağrıları aradan qaldırmaq olmur. Onurğa sağlamlığı yerində olmayanlar əvvəlcə dietoloqdan dəstək almalı, ondan sonra müalicə üçün alternativlər axtarmalıdır!