Onurğa stenozu zamanı məşqlər.

Onurğa stenozu zamanı məşqlər.

 

Onurğa beyninin keçdiyi kanal və onurğa beynindən çıxan sinirlərin keçdiyi dəliklərin hər hansı bir səbəbdən daralmasına verilən ad dar kanal və ya spinal stenoz'dur.

Çox sıx görülən bir vəziyyətdir. Onurğa beyni və / və ya sinir köklərinin sıxılmasıyla ağrı, kramp, gücsüzlük və ya uyuşmaya səbəb olur. Daralma yerinə görə, bu əlamətləri beldə, ayaqlarda, boyun, çiyin və ya qollarda hiss edə bilərsiniz.

Spinal darlıq əlamətləri adətən yavaş başlayır və zamanla pisləşir. Ayaqlarda ağrı qısa məsafələrdə gediş zamanı belə dözülməz qədər şiddətli ola bilər. Xəstələrin çoxu oturmaq istəyir və ya ağrını yüngülləşdirmək üçün bir bazarlıq sumkasını önə doğru əyilərək daşıyaraq ağrını azaltmağa çalışır.

Yavaş irəliləyən bir xəstəlik olduğu üçün ciddi sinir zədələri və iflic olmaz. Bu vəziyyətdə müəyyən bir sinir deyil, bir çox sinirlər təsirlənir.

Ağrı əhəmiyyətli bir əlamətdir. Ancaq, spinal daralması olduğu  halda, ağrısı olmayan xəstələr də ola bilər. Bu səbəblə hər hansı bir əlamət verməyən darlıqlar, müalicə də tələb etmir.

Amma əksər xəstələrdə ağrı müşahidə olunur.Bu zaman ağrını azaltmaq və şikayətlərin qarşısını almaq üçün məşqlər təklif olunur.Spinal stenoz zamanı aparılan məşqlərin bir hissəsi aşağıdakılardır.Hərəkətlərin necə icra olunması şəkildədə göstərilmişdir.

 

1.Əllərinizi dizlərinizin altından tutaraq, dizlərinizi qarnınıza doğru çəkin.

2.Dizlər və topuqlar üzərində şəkildəki kimi oturun, sonra əyilərək əllərinizi uzada bildiyiniz qədər uzadın.

3.Alt qarın və bud əzələlərinini gərin və bel çuxurunuzu düzəldin.

4.Alt qarın əzələlərinizi gərərək ayaqlarınızı yerdən 7-10 sm məsafədə qaldırın. Tək-tək və hər iki ayaq birlikdə edin.

5.Qollarınızı sinənizdə çarpazlayın və baş və çiyinlərinizi yerdən qaldırın.

Hər bir məşqi 10 dəfə təkrarlayın və tədricən artırın. Məşqlər sizə əziyyət vermiyəcək şəkildə edilməlidir! Məşqlər yalnız həkim tövsiyyəsi ilə icra olunmalıdır!

back to top button