Yan tərəfdən baxıldığında insan onurğasının yüngül bir əyriliyi var. Boyun və bel bölgəsində zəif bir çuxurluq (lordoz) və kürək nahiyyəsində isə kiçik bir qabarıqlığa (kifoza) sahibdir. Ancaq onurğa arxadan və öndən baxıldığında düz olmalıdır. Skolyoz (onurğa əyriliyi) onurğanın sağa və sola doğru meylli görünməsidir.
Skolioz həm görünüşcə bir əyrilik meydana gətirir, həm də fiziki olaraq insanın fəaliyyətinə təsir göstərir. Çox narahatlıqlara səbəb ola bilən skolioz, müxtəlif yaşlarda və onurğanın müxtəlif bölgələrində görülə bilər. Skolioz onurğanın döş və bel bölgələrində ən çox rast gəlinir. Bu bölgələrin birində və ya hər ikisində müşahidə edilə bilər.
10 dərəcədən çoxdursa Skolyozdur!!
Əhalinin təxminən 10 faizində kiçik (10 dərəcədən az) əyriliklər var və onların sağlamlığa təsiri yoxdur. Buna "spinal asimmetriya" deyilir. Diaqnoz qoymaq üçün rentgen şəkli çəkilir, əyriliyin bucağı ölçülür, bu "cobb bucağı" adlanır. Bucaq 10 dərəcədən çox olarsa skolioz təsdiq olunur.
Skoliozu necə hiss edə bilərik?
Bədənimizdə, bel və kürək bölgəsində yuxarı yaşlarda çox problem ola bilər. Lakin skolioz kimi bəzi narahatlıqlar uşaqlıqdan görünə bilər. Yetkinlik və ya yetkinlikdən əvvəl vücudda sürətli dəyişikliklər baş verir. Uşaqlar, adətən, bədənləri haqqında daha gizləyici olurlar. Buna görə, valideynlər tez-tez uşaqlarında dəyişiklikləri fərq edə bilmirlər.
Skolioz səbəbindən yaranan dəyişikliklər qeyri-müəyyən ola bilər və əhəmiyyətli dərəcədə əyriliyin olmasına baxmayaraq kilolu uşaqlarda və ya bir-birini tarazlayan iki əyriliyi (kürək və bel) olan uşaqlarda kənardan görülən deformasiyalar kiçik ola bilər. Skoliozla bağlı hər hansı bir narahatlıq varsa, həkimlə məsləhətləşin. Skoliozun diaqnozunu təsdiqləmək üçün rentgen tələb olunur. Rentgen şəkli dik durulmuş vəziyyətdə çəkilir..
-Skolioz gözlə görünən və uşağın ailəsi və yaxud qohumları tərəfindən,
-Ümumi bir müayinə zamanı bir pediatr və ya ailə həkimi,
-Təlimçi və ya bədən tərbiyəsi müəllimi,
-Valideynlər,
-Uşağın özü,
-Digər ailə üzvləri və ya dostları hiss edilə bilir.
-Digər bir səbəblə çəkilən rentgen şəklini görən həkim, uşaqda skoliozun varlığını təsbit edə bilər!