Hidrosefaliya

  

Hidrosefaliya(Hydrocephalus ) hydro = su və cephalus = beyin sözlərinin birləşməsindən ibarət olan bir anlayışdır. Adətən beyində həddindən artıq su yığılması olaraq bilinir. Burada ifadə olunan su "beyin-onurğa beyini mayesi" dir. Beyinin bəzi mədəciklərində olan bu mayenin miqdarının artması baş içindəki təzyiqin yüksəlməsinə və beynin zərər görməsinə səbəb olur.Beyin onurğa beyin mayesi gün ərzində davamlı olaraq ifraz olunur və geri sorulur. Bu maye beyni və onurğa beynini əhatə edər və daim dövr edir.

Beyin onurğa beyin mayesinin üç əsas vəzifəsi vardır:

-Baş və onurğa beyinə gələn zərbələrin zərərli təsirini azaltmaq,

-beynin qidalanmasına və tullantıların daşınmasına köməkçi olmaq,

-beyin və onurğa beyni arasında gəzərək beyindəki təzyiq dəyişikliklərini normallaşdırır.

Hidrosefaliya kimlərdə görülür?

Hidrosefaliya hər yaşda görülə bilər, ancaq tez-tez uşaqlarda və yaşlılarda (60 yaşın üzərində) olur. Təxminən 500 uşaqdan birində hidrosefaliya görülür. Bu xəstələrin çoxunda diaqnoz doğumda, doğum əvvəlində və ya erkən körpəlik dövründə qoyulur. Tez-tez rast gəlinən səbəbləri; beyin içi qanamaları, beyin travmaları, beyin şişləri, erkən doğuma bağlı qanamalar və infeksiyalardır

Hidrosefaliyanın yaranma səbəbləri:

Hidrosefaliyaya yol açan səbəblər yaş qrupuna görə müxtəliflik göstərir.

1-Yenidoğulanlarda (0-2ay):

Anadangəlmə: Ən böyük qrupu bu xəstələr təşkil edir. Yalnız hidrosefaliya ola biləcəyi kimi, onurğada inkişaf edən digər anadangəlmə anomaliyalarla (meningomielosel) birlikdə ola bilər. Beyin içi qanamaları: Adətən özbaşına yaranan qanamalar sonrasında beyin mədəciklərini genişləndirir.

2-Uşaqlar və böyüklərdə:

Beyin infeksiyaları, beyin qanamaları, beyin şişləri və baş travmaları.

3-Yaşlılarda:

Normal təzyiqli hidrosefaliya; beyin onurğa beyni mayesinin əmilməsinin azalması sonrasında beyin mədəciklərinin gənişləməsi nəticəsində yaranır.

Hidrosefaliyanın əlamətləri:

Hidrosefaliyanın əlamətləri müxtəlif olur.Ümumilikda daha çox rast gəlinən əlamətlər başın ölçüsünün böyüməsi,əmgək nahiyyəsində gərginlik,gözlərdə çəplik,göz dibində durgunluq,qıc olma, və s. Tez rast gəlinən əlamətlər yaş qruplarına görə aşağıda göstərilmişdir.

Yenidoğulmuşlarda (0-2 ay); Başın normaldan çox böyüməsi, baş dərisinin nazilməsi, başdakı damarların diqqətə çarpanlaşması, qusma, narahatlıq, gözlərin aşağıya sürüşməsi, qıc olma tutması və ya əlaqə qurulamanın pisləşməsi.

Uşaqlarda (2 ay və üstü); Başın anormal böyüməsi, baş ağrısı, ürək bulanma, qusma, temperatur, iki görmə, narahatlıq, yerimə və ya danışmada geriləmə, əlaqə pozğunluğu, duyğu-motor funksiyalarda itki, qıc olma tutması.

 Daha böyük uşaqlarda daimi narahatçılıq və ya yuxuya getmədə çətinlik görülə bilər.

Orta yaşlı yeniyetmələrdə; Baş ağrısı, ümumi narahatçılıq və ya yuxuya getmədə çətinlik, tarazlıq pozğunluğu, sidik qaçırma, şəxsiyyət pozğunluğu, demensiya (ağlını itirmə), görmədə poz ğunluq

Yaşlılarda; Əlaqə qurmada pozuqluq, yerimədə balanssızlıq, xatırlamada çətinlik, baş ağrısı, sidik qaçırma.

Hidrosefaliyanın diaqnozu.

Hidrosefalisiyası olan xəstədə həkiminiz bir müalicə başlamazdan əvvəl sizinlə danışaraq suallar soruşacaq, müayinə edəcək, və bəzi müayinələr (beyin tomoqrafiyası, maqnit rezonans tomoqrafiya, Beyin Ultrasonografiyası,göz dibinin yoxlanması) istəyəcək. Hidrosefaliyanın diaqnozu, niyə meydana gəldiyi və necə bir müalicə müddəti tələb olunduğu bu müayinələrdən sonra müəyyən olacaq. Uşaqlarda yalnız başın böyük olması, hidrosefaliya xəstəliyinin olduğunu göstərmir. Ancaq beynin müayinə üsullarından istifadə diaqnozu dəqiqləşdirir.

Hidrosefaliyanın müalicəsi

Artan Hidrosefaliya xəstəliyinin dərmanlarla müalicəsi mümkün deyil. Yalnız beyin cərrahiyyəsi mütəxəssisləri tərəfindən ediləcək cərrahi cəhdlərlə hidrosefaliya düzəldilə bilər. Seçiləcək cərrahi cəhd şəkilləri hidrosefaliyanın altda yatan səbəbinə görə fərqli olur.Əgər beyin-onurğa beyin mayesinin dövranının pozulmasına səbəb olan bir tıxanma varsa səbəb olan tıxanıqlığa (şiş, kist v.b.) istiqamətli cərrahı müalicə edilə bilər. Tıxanma açılmırsa beyin-onurğa beyin mayesinin beyin içi dövran yolları cərrahi cəhdlərlə dəyişdirilə bilər.

Xəstələrin əksəriyyətində beyin-onurğa beyni mayesinin dövranını köhnə halına gətirmək mümkün olmadığı üçün mayenin beyindən başqa bir bədən boşluğuna ötürülməsi təmin edilməlidir. Bu köçürmə üçün "Şunt" adı verilən incə uzun elastik, silikon bir boru istifadə edilir. Tək istiqamətli və nəzarətli sürətdə işləməsi üçün baş dərisinin altında sistemin "Pompa" deyilən hissəsi olur. Çox olan beyin-onurğa beyin mayesi bu incə boru sayəsində bədənin başqa bir bölgəsinə daşınır. Beləcə beyin içindəki təzyiqin artmasının qarşısı alınır. Ancaq beyində fasiləsiz olaraq su istehsal olunduğu üçün bu sistem davamlı olaraq işləmək məcburiyyətindədir. Şunt dəri altında olduğu üçün ancaq körpələrdə çöldən baxıldığında hiss edilə bilər. Uşaqlarda və yetkinlərdə isə əllə müayinə edildiyində dəri altındakı boru hiss edilə bilər.Diaqnozu ana qarınında ikən qoyulmuş körpələrdə ən sıx tətbiq olunan üsul; körpənin mümkün qədər tez dövrdə doğuzdurulub, ən erkən dövrdə əməliyyatının edilməsidir.Şunt ümumi anestezi altında əməliyyatla yerləşdirilir. Kəlləyə kiçik bir dəlik açılaraq Şuntun ucu beyin içindəki, beyin onurğa beyin mayesinin olduğu mədəciyə yerləşdirilir. Daha sonra baş, boyun və qarın dərisinin altından keçən bir tunel açılaraq Şuntun digər ucu, bu mayenin rahatlıqla əmiləbiləcəyi ürək və ya qarın boşluğu içinə yerləşdirilir. Əməliyyat sonrası infeksiyanı önləmək üçün qısa davamlı antibiotik istifadə edilə bilər.Başın rentgeni və beyin tomoqrafiyası Şunt sisteminə zərər vermir. Maqnit rezonans tomoqrafiya üçün Sant tipinin uyğun olması şərtdir. Təzyiq nizamı çöldən edilə və maqnit sahəsindən təsirlənən Şunt varsa, maqnit rezonans tomoqrafiya edilmədən əvvəl həkiminizə soruşmalıdır.Xüsusilə körpəlik dövründə körpənin şunt olduğu tərəfə yatırılması uyğun olmaz.Beynin şunt sisteminə asılılığı uzun illər davam edə bilər. Xəstələrin çoxunda şunta ehtiyacı ömür boyu davam edir. Xəstələrin çoxunda problem yoxsa şunt çıxardılması təklif edilmir.Ventrikulo peritoneal şuntlama əməliyyatından sonra çox saylı ağırlaşmalar və şuntun tutulması nəticəsində təkrarı əməliyyatlar icra oluna bilər.

Qapalı hidrosefaliya tiplərində Şuntlama əməliyyatına alternative olaraq Endoskopik yolla üçüncü mədəciyin dibinin deşilməsi əməliyyatı da icra olunur.Bu əməliyyatın məqsədi qapanmış yoldan əlavə yolun açılmasıdır.Lakin belə əməliyyatlardan sonra da həmin yolun təkararən bağlanması mümkündür.Hidrosefaliya zamanı icra edilən cərrahi əməliyyatlar istər Ventrikuloperitoneal şuntlama ,istərsə də endoskopik əməliyyat xəstəliyi kökündən müalicə etmir,yalniz köməkedici məqsəd daşıyır.

    

back to top button