Anadangəlmə onurğa anomaliyaları
Onurğa sütünunda yaranan müxtəlif anomaliyalar vardır. Onurğanın əyrilməsinə yol açan ən əhəmiyyətli faktor anormal meydana gəlmiş fəqərələrin asimmetrik böyüməsidir.
Anadangəlmə onurğa anomaliyalarının tipləri.
Bu anormal meydana gəlmələr bu şəkildə təsnif:
Tip I – Dölün formalaşmasında yaranan qüsur: Onurğanın meydana gəlməsində əksiklik ilə ortaya çıxan hemivertebralar (yarımfəqərə) və ya tam meydana gəlməmiş fəqərələr
Tip II - Ayrılma zamanı yaranan qüsur: Əvvəl bir bütün blok halında meydana gəlir daha sonra bölünərək bir-birindən ayrılan fəqərələrin bölünmədə müvəffəqiyyətsizlik nəticəsində tək tərəf və ya iki tərəfdən bağlı qalması ilə yaranan blok vertebralar (anormal olaraq bir-birinə bağlanmış fəqərələr).
Tip III - Yaranma zamanı və ayrılma zamanı yaranan qüsurların birlikdə görüldüyü hallar.
Anadangəlmə onurğa anomaliyaları necə inkişaf edir.
Qeyd olunması lazım olan əhəmiyyətli bir nöqtə bu anormal fəqərələrin doğumda var olmasına baxmayaraq doğuşda bir əyrilik görülmür. Əyrilik böyümə ilə meydana gəlir. Böyüdükcə nə qədər əyriliyin meydana gələcəyi, mövcud kongenital deformitənin asimmetrik böyümə potensialına bağlıdır.Hemivertebralar onurğanın bir tərəfinin digərinə görə daha çox böyüməsinə səbəb olur.Ayırma, bölünmə qüsuru ehtiva edən bir-birinə bağlanmış onurğalar isə o tərəfin böyüməsinə mane olurlar. Digər tərəfin normal böyüməsi davam edəcəyi üçün yenə onurğanın əyrilməsinə səbəb olurlar.Birdən çox anormal fəqərə ehtiva edən onurğalarda bu anormallıqlar bir-birini kompensasiya edəcək şəkildə dağılmıbsa, nəticə əyriliyin artmasından çox gövdə böyüməsinin azalması ola bilər.
Anadangəlmə onurğa anomaliyaların əlamətləri.
Anomaliyaları şəklinə və şiddətinə görə eybəcərlik ciddi ölçülərə çata bilər və nəticə olaraq tənəffüs problemlərinə və ifliclərə səbəb ola bilər. Bərabərində xüsusilə döş qəfəsində olmaqla digər orqanlarda da anadangəlmə anomaliyalar ola bilər.Deformitənin müxtəlif xüsusiyyətlərinə baxaraq həkiminiz sizə əyriliyin necə irəliləyici,gedişatı haqqında təxmini bir məlumat verə bilər. Yenə də bütün anadangəlmə onurğa deformitəli uşaqların ən azından böyümələri sona çatana qədər müşahidə altında qalması lazım olduğu unudulmamalıdır!!
Anadangəlmə onurğa anomaliyaları diaqnostikası
Anadangəlmə onurğa anomaliyalarını diaqnostika etmək ilk öncə baxışla başlayır.Onurğa əyriliyi nəticəsində yaranan əyriliyi gözlə görmək mümkündür.Daha dəqiq diaqnostika etmək üçün Rentgen,KT və MRT istifadə olunur.
Anadangəlmə onurğa anomaliyaların müalicəsi.
Anadangəlmə onurğa anomaliyaları, böyümə çağında irəliləmə göstərdiyi üçün konservativ müalicənin yeri məhduddur. Sərt korset tətbiqi edilə bilər, ancaq eybəcərlik elastik deyil və birlikdə döş deformasiyası da ola bilər. Bu vəziyyətdə korset tətbiqində problemlər yaşana bilər.Deformasiya sürətlə irəliləyəcəyi səbəbiylə kongenital onurğa anomaliyalarının müalicəsi çox vaxt cərrahi yolladır. Müalicə üçün fərqli cərrahi üsullar mövcuddur.Bunu həkiminiz xəstənin inkişaf dərəcəsinə əsasən seçir.