Uşaqlarda beyin şişləri

                                                        

Beyin şişləri haqqında ümumi məlumat.

Beyindəki toxumaların anormal inkişafı səbəbi ilə yaranan beyin şişləri, uşaqlıq dövrü xərçəngləri arasında leykozlardan sonra üçüncü sıranı alır. Niyə meydana gəldiyinə dair qəti bir məlumat olmayan beyin şişləri, ətraf mühitin çirkliliyi, ailəvi (genetik) faktorlar, balanssız qidalanma kimi səbəblərdən meydana gəldiyi düşünülür. Beyin şişləri müalicə edilməz isə uşaqlarda qalıcı nevroloji problemlərə səbəb ola bilər.Uşaqlıq dövründə mərkəzi sinir sistemi şişlərinin təxminən 55-%-i posterior fossada yerləşir. Uşaqlarda beyin şişi, uşaqlarda görülən xərçənglərin 20 %ini təşkil edir. İndiki dövrdə cərrahi müalicə, kimyaterapiya və radioterapiya müalicəsindəki inkişaflara bağlı olaraq bütün beyin şişli uşaqlarda 5 illik həyat müddəti təqribi 50- 60 %-dir. Lakin, şişin tipi proqnoza təsir edir.

Uşaqlarda beyin şişi səbəbləri.

Uşaqlarda beyin şişinə səbəb olan faktorlar, ailəvi (genetik keçid və genetik bəzi xəstəliklər), radiasiyaya məruz qalınması məsələn daha əvvəlki şiş səbəbi ilə radioterapiya müalicəsi görmüş uşaqlarda 2-24 il sonra ikincili mərkəzi sinir sistemi şişi inkişaf edə bilər. İmmun sistemini zəiflədici müalicə görən uşaqlarda və yeniyetmələrdə beyin şişləri riski artmaqdadır. Ekoloji faktorlar, bəzi üzvi kombinasiyaların ( nitrozaminlər və s.) ana bətnində ya da doğumdan sonra uşağa təsiri nəticəsində uşaqlarda beyin şişləri tez-tez görülür.

Uşaqlarda beyin şişi olduğu necə aydın olar?

Beyin şişi əlamətləri, şişin toxumasına, yerləşdiyi yerinə və xəstənin yaşına görə dəyişir. Beyin şişi normal mərkəzi sinir sisteminin strukturlarına sızaraq və ya beyin onurğa beyni mayesinə keçib dövran yollarını tıxayaraq baş beyində təzyiq artımına gətirib çıxarır və nevroloji pozğunluqlara səbəb olur. Baş beyində təzyiq artımı beyin şişində erkən əlamətlərin ortaya çıxmasına səbəb olur.Bu əlamətlər baş ağrısı, ürək bulanma, qusma, müvazinət itkisi, huşunu itirmə, görmə pozuqluqları, danışma pozuqluğu və yuxuya meyl (mürgüləmə) kimi ifadə olunur. Kiçik uşaqlarda baş ağrısı ilk şikayətlənmə olmaya bilər. Körpələrdə beyin şişi əlamətləri narahatlıq, qusma, hər iki gözdə və ya tək bir gözdə xaricə baxış məhdudluğu, inkişaf geriliyi və irəliləyici başın və ya beynin böyüməsi kimi spesifik olmayan əlamətlərdir.

Uşaqlarda beyin şişi diaqnozu.

Uşaqlarda beyin şişi diaqnozunda nevroloji müayinə vacibdir. Bütün uşaq müayinələrində nevroloji müayinə də edilməlidir. Müayinə zamanı reflekslər, əzələ gücü, göz və ağız hərəkətləri, əzələ əlaqələndirilməsi və şüur vəziyyəti ən yaxşı şəkildə qiymətləndirilməlidir. Beyin şişlərində kompüterli tomoqrafiya vacib diaqnostik üsuldur. Baş rentgeni birinci pillə istifadə edilən üsuldur. Bunların yanında maqnit rezonans tomoqrafiya,kompüter tomoqrafiyası və angioqrafiya kimi diaqnostik üsullar da istifadə edilir.

Uşaqlarda beyin şişi müalicəsi.

Beyin şişləri müalicəsində adətən ilk tətbiq olunan üsul cərrahi müalicədir. Lakin bəzi hallarda cərrahi müalicə tətbiq etmək mümkün olmaya bilər. Kimyaterapiya, radioterapiya, steriotaktik radiocerrahiyyə və ventrikuloperitoneal şant yerləşdirmə əməliyyatı kimi müalicə üsulları tətbiq olunur. Bəzi şişlərdə cərrahiyyənin yanında kimyaterapiya və radioterapiya müalicəsi üçün lazım ola bilər.Fərqli müalicə üsulları şişin növündən əlavə adətən uşağın yaşı və funksional vəziyyəti nəzərə alınaraq seçilir. Beyin şişli yetkin yaşlı xəstələrdə radioterapiya əhəmiyyətli bir üsul olsada, radiasiya müalicəsinin uşağın inkişaf etməkdə olan beyni üzərində pis təsirləri ola biləcəyini nəzərə alaraq kiçik uşaqlarda kimyaterapiya müalicəsinə daha çox üstünlük verilir.

 

back to top button